2023-cü ilin 18-21 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) taksi
minik avtomobillərinin sürücüləri üçün növbəti təlimlər keçirilib. Taksi fəaliyyətinin
tənzimlənməsinə dair 2023-cü il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin
yerinə yetirilməsi məqsədilə təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
16 taksi minik avtomobili sürücüsünün iştirakı ilə dörd gün davam edən təlimlərə
MDU-nun müvafiq sahə üzrə yüksək ixtisaslı və təcrübəli müəllimləri təlimçi qismində cəlb
olunublar.
Təlim proqramı çərçivəsində iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-
hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin
hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış
qaydaları barədə məlumat verilib.
Dekabrın 22-də təlim proqramında iştirak edən sürücülər AYNA tərəfindən təşkil
edilmiş imtahanlarda iştirak ediblər. İmtahandan müvəffəqqiyyətlə keçən sürücülərə
müvafiq şəhadətnamələr təqdim olunacaq.
Qeyd edək ki, MDU-da sözügedən təlimlərə noyabr ayından start verilib. “Taksi minik
avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin
daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə
Proqram”a uyğun olaraq həyata keçirilən təlimlər növbəti aylarda da davam etdiriləcəkdir.