Dərc olunub: 26.04.2023

Aprelin 26-dan Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılıb.

Təhsil İnstitutundan bildirilib ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI, VII sinif şagirdləri arasında isə məktəblilərarası fənn müsabiqələri keçiriləcək.