Dərc olunub: 15.03.2023

 

Bakı Dövlət Universitetinin (BDU) Kimya və Filologiya fakültələrinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kimya fakültəsinin dekanı Fuad Kərimli, dekan müavini Taleh Qəhrəmanov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışlarında Novruzun xalqımızın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında özünəməxsus yeri olduğunu qeyd ediblər.

Bildirilib ki, hazırda Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli, Qubadlıda qalanan bayram tonqalları xalqımızın arzularının çin olduğunun ifadəsidir. Novruz bayramının mahiyyətində xalqımızın birliyi, həmrəyliyi dayanır. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, xalqımızın və dövlətimizin həmrəyliyi nəticəsində qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan sürətli tikinti-quruculuq işləri hər kəsdə qürur hissi yaradır.

Tədbirin sonunda Kimya və Filologiya fakültələrinin tələbələri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.

Bənzər yazılar