Dərc olunub: 25.01.2023

 

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə ərizə ilə müraciət edir və biz ona əlavə vaxt təyin edirik. Tələbə heç bir problem olmadan həmin vaxt gəlib imtahanını verir.

Bunu jurnalistlərə müsahibəsində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova söyləyib.

“AzMİU-da qış imtahan sessiyası davam edir. Gün ərzində 1500 və daha çox tələbə imtahanlarda iştirak edir. Tələbələrin rahat şəkildə imtahan verməsi üçün universitetimizdə hər cür şərait yaradılıb. Çalışırıq ki, imtahan prosesi tam obyektiv və şəffaf şəraitdə keçsin. Ümid edirik ki, tələbələrimiz bu sessiyanı da yaxşı nəticələrlə başa vuracaqlar”, – deyə rektor bildirib.

Bənzər yazılar