Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının
toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad,
Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət
Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.
2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya
28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər
əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-da
əcnəbi vətəndaşların qəbul prosesi davam edir.