Təhsil indiki səviyyəyə çatmaq üçün min illər boyu təkamül yolu ilə inkişaf etmiş mürəkkəb sistemdir. Onun çoxlu obyekt və subyektləri var. Ölkələrin təhsil sistemləri çox rəngarəngdir. Çünki, təhsilin hamı tərəfindən qəbul edilmiş elmi nəzəriyyəsi yoxdur. Təhsildə effektif islahat axtarışı bu gün də davam edir ancaq elmi nəzəriyyəyə əsaslanmayan hər hansı reforma problemi həll edə bilmir. Təhsilin məzmununda, təşkilində problemlər çoxdur. Biliyin qiymətləndirilməsi də qüsurludur. Heç bir ölkə ideal məktəb qura bilmir.
Hesab etmək olarki, son yüz ildə təhsil konseptual olaraq arzu olunan istiqamətdə inkişaf etməyibdi. Beləlki, təhsil kamil (müdrik) insan deyil, güclü şəxsiyyətlər yetişdirmək məqsədi daşıyır. Şəxsiyyətyönlü təhsil lokal olaraq faydalı görünsə də, qlobal olaraq bəşəriyyəti parçalayır, onun davamlı və harmonik yaşamasını əngəlləyir. Ancaq kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə, prinsipcə parçalanma olmaz, harmoniya mövcud olar. Çünki kamil insanlar problemləri güc ilə yox, ağılla həll edərlər, qarşıdurmaya yox, əməkdaşlığa üstünlük verərlər. Bu isə planetin qorunması deməkdir. Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış konseptual olaraq dəyişməlidir.
Bu məqalədə biliyin öyrədilməsinə yeni fəlsəfi baxışı təqdim olunur və yeni model, meyarlar və nəzəriyyə təklif edilir.
Öyrətmənin fəlsəfəsi
Təhsilin qarşısında duran əsas vəzifə biliyin ötürülməsi və mənimsənilən biliyin qiymətləndirilməsidir. Təhsil sistemində biliyi qiymətləndirilmək üçün son yüz ildə çoxlu şkalalardan istifadə edilibdir. Demək olar ki, hər ölkənin öz qiymətləndirmə şkalası var.
Təhsilin qarşısında duran problemləri həll etək üçün, modeli olaraq içərisində “bilik mayesi” olan L0 hündürlüklü menzurka (şəkil 1) təklif olunur. Menzurkanın dolmuş hissənin hündürlüyünü Ld, boş hissənin Lb, ilə işarə edilib. Aydındır ki, menzurkanın tam hündürlüyü dolu və boş hissələrin cəminə bərabərdir:
L0 – tədris materialının öyrənilməli olan həcmini göstərir; Ld – tədris materialının öyrənilmiş, Lb – isə öyrənilməmiş hissəsini göstərir.
Bu sadə düstur və model biliyin öyrənilməsi və qiymətləndirməsinin elmi əsasını yaratmağa imkan verir.
Tarixi meyar. Əsrlər boyu mənimsənilmiş biliyin həcmı meyar kimi istifadə edilmişdi. Öyrənilmiş hissəsinin (Ld ), öyrənməli olan hissəyə (L0 ) nisbətini tarixən meyar olaraq istifadə edilib. Bu meyarı nisbi mənimsəmə (öyrənmə) adlandıraq və a ilə işarə edək:
a = L d / L0 (2)
Dünya təsil sistemində və bizim təhsil sistemində biliyi qiymətləndirmək üçün bu meyardan monopol olaraq bu gün də istifadə edilir.
Biliyin mənimsənilməyən hissəsini nisbi bilik qıtlığı adlandıraq və onu h-ilə işarə edək. Modeldən görünür ki, nisbi bilik qıtlığını aşağıdakı düsturla təyin etmək olar:
h = Lb / L0 (3)
Göründüyü kimi təklf olunan menzurka modeli, öyrənilmiş biliyin dəqiq ölçülməsinə imkan verir.
Xətti qiymələndirmə şkalası. Tarixi meyarın uğuru çoxdur, amma qüsurları da var. Subyektivdir, avtoritardır, müəllimin nəzərəti altındadır. Menzurkanın Lo uzunluğunu 5; 10; 100 və b.k. yerə bölərək uyğun olaraq 5-ballı, 10-ballı, 100-ballı qiymətləndirmə şkalası düzəltmək mümkündür. Misal üçün 5- ballı şkalasında menzurkanın Lo hündürlüyü beş bərabər hissəyə bölünür və birdən beşə kimi tam ədədlərlə işarə edilir. Proqrammı 100% mənimsəyəninin biliyi “5”, 80% mənimsəyənin biliyi “4”, 60 % mənimsəyənin biliyi “3” rəqəmi ilə qiymətləndirilir[1]. Mənimsəmə dərəcəsi ilə diskret qiymətlər arasında asılılıq xətti olduğundan, bunu xətti qiymətləndirmə şkalası adlandırmaq olar. Bu şkalada:
- a = 1 olanda, Ld = Lo Deməli, məktəb idealdır.
- a = 0 olanda, Lb = Lo Bu halda təhsil fəaliyyəti yoxdur.
Bu qiymətləndirmə şkalalası sinifdə şagirdlərin nisbi biliyini müəyyən edə bilir. Daha dürüst qiymətləndirmə şkalasına ehtiyacı var. Çünki dügün qiymətləndirmənin təhsilin keyfiyyətinə güclü təsir edir.
Yeni meyar. Tədris materialının öyrənilmiş hissəsinin, öyrənilməmiş hissəsinə nisbətini meyar kimi istifadə etmək olar. Bu nisbəti K ilə işarə edək və keyfiyyət faktoru adlandıraq:
K = L d / Lb (4)
Keyfiyyət faktoru K tədris materialının öyrənilmiş hissəsinin öyrənilməmiş hissəsindən neçə dəfə çox (və ya az) olduğunu göstərir [1-3].
Düstur (5) görünür ki, K =1 olanda, mənimsəmə 50 % -dir, yəni bildiyimiz bilmədiyimizə bərabərdir. K = 4 olanda mənimsəmə 80% -dir. Yəni tədris materialının beşdə dördü (4/5) mənimsəilib, beşdə biri mənimsənlməyibdir.
Beləliklə,
- K = ∞ olanda təhsil sistemi idealdır.
- K << 1 olanda təhsil sisteminin vəziyyəti bərbaddır.
K və a meyarları mahiyyətcə bir brindən çox fərqlidir. Beləki, a meyarı ancaq tədris materialının mənimsənilən, K meyarı isə, həm mənimsənilən, həm də mənimsənilməyən hissənini hesaba alır. Nisbi mənimsəmə meyarı a çox dar (0-1), keyfiyyət faktoru K isə çox geniş (0 – ∞) intervalında dəyişir. Meyarların dəyişmə diapozonları müxtəlif olduğundan yaratdıqları pedoqoji nəticələr də müxtəlifdir.
Bilik dəyər olduğundan onun düzgün qiymətləndirməsinin hikməti və məsuliyyəti böyükdür. Düşüncəmə görə orta məktəblərin aşağı siniflərində tarixi meyardan, yuxarı siniflərində isə K faktorundan istifadə etmək daha məqsədəuyğundur.
Modeldən aşağıdakı qanunauyğunluq törəyir: nisbi mənimsəmə ilə nisbi bilik qıtlığının cəmi vahiddir:
a + h = 1 (5)
Düstur (2) və (3) istifadə edərək, hər iki meyar arasında üzvü ələqə yaratmaq mümkündür:
K = a /1-a (6)
h = 1 -a olduğun nəzərə alsaq, düstur (6) –nı belə də yazmaq olar:
K= a /h (6 a)
Cədvəl 1
Adı vı soy adı
|
a |
K |
h |
Reyt |
|
1 | 2 | 3 | 4 | 5 | 6 |
1 | Ömər Mikayilov | 90 | 9 | 10 | 1 |
2 | Zəhra Əliyeva | 86 | 6 | 14 | 3 |
3 | Səbinə Həsənova | 66 | 1,9 | 34 | 14 |
4 | Fəridə Hümbətova | 62 | 1,7 | 38 | 15 |
5 | Vəli Həsənov | 79 | 3,7 | 29 | 9 |
6 | Murad Məmmədov | 75 | 3,1 | 25 | 11 |
7 | İsmayıl Məmmədov | 77 | 3,3 | 23 | 10 |
8 | Telman Kazımov | 69 | 2,2 | 31 | 12 |
9 | Fərid Kiçimirzəyev | 60 | 1,5 | 40 | 16 |
10 | Hüseyn Əhmədzadə | 83 | 4,9 | 17 | 5 |
11 | Selcanxatun Bayramlı | 82 | 4,5 | 18 | 6 |
12 | Burxan Allahverdiyev | 85 | 5,5 | 15 | 4 |
13 | Fatimə Rəcəb | 43 | 0,75 | 57 | 17 |
14 | Sadiq Zeynalov | 81 | 4,3 | 19 | 7 |
15 | Razim Həsənov | 81 | 4,3 | 19 | 8 |
16 | Əkbər Əskərov | 89 | 8,1 | 11 | 2 |
17 | Tural Tağızadə | 68 | 2,13 | 32 | 13 |
Nisbi mənimsəmənin böyük qiymətlərində şagirdləri biliyə görə fərqləndirmək vacibdir, ancaq çox çətindir. Nisbi mənimsəməsi 99 və 99,1 faiz olan iki şagird praktiki olaraq eynibiliklidir. Çünki, bilik fərq hiss olunmaz dədəcədə (0,1) azdır. Ancaq yeni meyarından istifadə edəndə bu fərq 11 -ə bərabərdir və çox böyükdür. Yəni a meyarı ilə şagirdlərin hiss olunmaz bilik fərqi, K meyarı ilə ölçüləndə bilik fərq çox aydın görünür.
Şagirdlərin biliyə ( və ya konkurs iştirakçılarını qabiliyyətə) görə aydın fərqləndirmək üçün K meyarı daha üstündür.
Təcrübi hissə
Öyrətmənin elmi əsasını təşkil edən yuxarıdakı düsturların (1) – (6) düzlüyünü təcrübədə yoxlamaq üçün Bakı liseylərinin birinin bazasından istifadə edilmişdir.
Mənimsəmənin tarixi meyarı a-nın keyfiyyət faktoru K –dan asılılığı Şəkil 2-də təqdim edilmişdi. Qrafik Excel proqramı ilə qurulub. Qrafikdə hər nöqtənin koordinatları bir şagirdlərin təhsil müvəffəqiyyətini göstərir.
Qeyd edək ki, təcrübi a(K) asılılığının qeyri xətti olması menzurka modelinin və 6 və ya 7 düsturların düzlüyünü təsdiqləyir.
Şəkil 2. a(K) asılılığı. Ordinat oxunda tarixi meyar, absis oxunda isə keyfiyyət faktoru K göstərilmişdi.
Bliyin qiymətləndirilməsi üçün effektiv və müasir üsullardan biri biri bal – reytinq sistemidir [4]. Bu üsul 10 ildən çoxdur ki, RF məktəblərində tətbiq olunur. Hər pedaqoq öz subyektiv sistemini yarada bildiyinə görə, bu üsul da qüsursuz deyil.
Şəkil 2-də sinifin liderinin mənimsəmə parametrləri K=8,7; a= 90 –dır. İkinci yerdə K=8,1; a = 89 olan şagird durur. Əslində a(K) asılılığı, təbii bal- reytinq asılılığıdır. Bu asılılıq mahiyyətcə RF təhsil sistmində itifadə edilən bal- reytinq [5]-üsuundan çox fərqlidir.
Qafikə diqqətlə baxsaq görərik ki, qrafikdə 17 yox, 16 kvadrat var. Bu iki şagirdin eyni bilikli olduğunu göstərir. Test sualların sayını artırmaqla və ya başqa pedoqoji bacarıqlardan (öyrəncinin ictimai aktivliyin, düşüncə tərzin, yaradıcı olmasını və b.k.) də istifadə etməklə qüsuru aradan qaldırmaq olar.
Nisbi mənimsəmə a –nın K –dan asılılığı əslində təbii bal- reytinq asılılığıdır və yeni pedoqoji mühit yaradır. Keyfiyyəti yüksəltmək üçün yeni prespektivlər açır.
Hər bir şagird sinifdə öz biliyini digər şagirdlərin biliyi ilə müqayisə edə bilər. Bu aşkarlıq biliyin öyrənməsi üçün “müəllim-şagird” kanalından əlavə, “şagird – şagird” kanalı da açır. Sinifin arxitekturasını dəyişməyi tövsiyə edir. Pedoqoji mühit elə qurmaq olar ki, rəqabət əməkdaşlıq mühitində çevrilsin. Nəticədə şagirdlər bir birinin “müəlliminə” çevrilər. Şübhəsiz bu da təhsildə keyfiyyəti yüksəldər.
Qrafik a(K) effektiv təhsil sistemi qurmaqdan əlavə təhsilin obyekt və subyektlərinə təsiri də böyükdür.
Şagirdlər sinifdə öz yerlərini görməklə müxtəlif emosional hal yaşayarlar. Passiv öyrənciləri ruhlandıraraq aktivləşdirmək imkanı yaranır. Bir çox pedaqoqlar hesab edirlər ki, hər bir şagirdin öyrənmə qabiliyyəti yüksəkdir. Yaşam tərzindən asılı olaraq, o, dahi kimi də yetişə bilər, yetişməyə də bilər. Öyrənmə şagirdin öz hədəfi olmalıdır. Sadəcə gündəlik vaxtı düz bölmək və öyrənməyə çox zaman ayırmaq lazımdır.
Valideyinlər a(K) qrafikində öz övladlarının real yerini görərkən müxtəlif emosional hal yaşayırlar. Onların övladlarının təhsilinə münasibətlərini ciddi dəyişər. Məktəb ilə, valideyinlərlə ciddi əməkdaşlıq edərlər. “Valideyn -məktəb” ilişkilərini genişləndirərlər.
Müəllimlər həm bütün sinifin, həm də hər bir öyrəncinin bilik və bacarıq səviyyəsini yaxşı bildiyi üçün sinifi tam idarə edə bilən subyektə (pedaqoq menecerə) çevrilər. Bütün sinifin potensialı ona məlum olduğundan, zəif şagirdləri aktivləşdirə, ruhlandıra bilən metodologiya hazırlaya bilərlər. Sinifin arxitekturasını dəyişərək əlaçılar ilə zəiflərin tademin yarada bilər və s.
“İnsanı analar dünyaya gətirir, milləti isə müəllimlər”. Dəyərli fikirdi. Xırdaca əlavəm var: “müəllim sevinməsə, millət sevinməz”. Daha güclü fikri ulu öndər Heydər Əliyev söyləyib: “Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram”.
Ancaq təhsil məmuru Eşqi deyir ki, əməkdar müəllimlər də sertifikatlaşmaya cəlb ediləcək. Ortada ziddiyyət var. Hansı yolu seçək? İşıq gələn tərəfə gedək, yoxsa…? (FB 13 iyul 2022)
Orta mənimsəmə
Ənənəvi təhsildə fərdin öyrənilməsi dominantdır, çünki sinfə bütöv bir canlı orqanizm kimi baxılmır. Sinif fərdilərin mexaniki cəmi kimi baxılır. Sinifin zəngin potensialından istifadə olunmur. Adətən təhsildə müəllim bütün sinif ilə deyil, yalnız sinfin bir hissəsi ilə işləyir. Həm pedaqoji, həm də iqtisadi baxımdan bu çox qüsurlu bir vəziyyətdir və illərdiki, davam edir. Bu, məktəb təhsilinin düşməni olan repetitorluğa gətirib çıxarır.
Sinifə bütöv və canlı bir orqanizm kimi baxmağın həm iqtisadi, həm də pedoqoji əhəmiyyəti böyükdür. Bu baxış bütöv sinif üçün yeni pedaqoji parametr – orta mənimsəmə – göstəricisini gündəmə gətirir. Şəkil 2- də göstərilmiş sinifinin orta mənimsəmə göstəriciləri (K=4 və a=0,81) -yə bərabərdir. Deməli, sinifin 17 şagirdindən 8-i orta səviyyədən yuxarı, 8-i isə orta səviyyədən pis təhsil alır.
Bu göstərici həm də pedaqoqların professional qabiliyyətini üzə çıxarır. Yüksək orta mənimsəmə göstəricisinə nail olan müəllimlər , hörmətə layiqdirlər. Bu yanaşma müəllimlərin öz üzərində daim işləməsini stimullaşdırar. Əgər sinifə vahid canlı orqnizm kimi baxılarsa, ilbəil bu göstəricini yüksəltmək olar. Belə yanaşma olanda hələlik sertifikatlaşmaya heç ehtiyac da qalmaz. Sertifikatlaşmanın ədaləti şübhə doğurur. Müəllimin özünü yox, əməyini qiymətləndirmək daha əhəmiyyətlidir.
Göründüyü kimi, təhsildə keyfiyyəti artırmaq üçün orta mənimsəmə göstəriciləri müstəsna əhəmiyyətə malikdir. İqtisadiyyatda adambaşına düşən ÜDM hansı dəyərə malikdirsə, inanıram ki, təhsildə sinifdaxili mənimsəmənin orta qiyməti o dəyərə malikdir. Bütöv sinifin təhsil parametrlərini yüksəltmək böyük strateji əhəmiyyətə malikdir, ideal məktəb yaratmağa yol bu parametrdən keçir.
Fərd və kütlə üçün təhsili
Aydındır ki, sağlam cəmiyyət üçün fərdlər yox, bütün gənclər normal təhsil almalıdır. Bu səbəbdən fərdlərdən daha çox, kütlənin (bütün sinifin) təhsilini yüksəldilməsi daha önəmlidir. Məktəb sinifləri apriori, kütləvi təhsil üçün nəzərdə tutulsa da, praktiki olaraq təhsil fərdlər üzərində aparılır. Bugünkü məktəblər fərdlərə təhsil verə bilir, ancaq bütöv sinifə (kütləyə) təhsil verə bilmir. Bu dünya təhsil sistminin qüsurudur. Fərdi təhsilinin pedoqoqikası var, kütlənin (2- şagirdin, 3 -şagirdin, n- şagirdin) təhsilinin pedaqoqikası məncə yoxdur. Bu işi repititorlar daha yaxşı bacarırlar.
Hər şagirdin istifadə ediləsi üstün və faydalı cəhətləri var. Təhsildə kollektivçilik ruhu olmadığından bu potensialdan istifadə edilmir. Əlaçı şagirdlərdən daha çox, bütün sinifin təhsil keyfiyyətini yüksəltməyi strateji əhəmiyyətə malikdir.
Dərs prosesi zamanı sinifi xəyalən aktiv və passiv olmaqla iki yerə bölmək olar. Tədris materialını mənimsəyə bilənlər və bilməyənlər. Başqa sözlə, fərdin təhsil səviyyəsi orta səviyyədən yuxarı və aşağı olanlar. Təəssüf ki, müəllim ancaq sinifin aktiv hissəsi ilə işləyir. Dərs zamanı sinifə suallar verir, əlaçılardan cavab alır və sonra dərsinə davam edir. Passiv tələbələrin varlığı onu narahat etmir. Heç ondan bunu tələb edən də yoxdur. Sinifin orta mənimsəmə göstəricisindən yuxarıda duran şagirdlər müəllimlə bərabər həm də tədris prosesinin subyektləridir. Yəni müəllim deyəni eşidir, sual verir (və ya suala cavab verir), dərsi mənimsəyir. Nümüəvi əxlaq daşıyıcısıdır, yalan danşmaz, harama, oğurluğa pis baxarlar. Bu aktiv gənclik millətin qızıl fondunu (od saxlayanları) təşkil etdiyindən ciddi qorunmalıdır.
Mənimsəmə səviyyəsi orta səviyyədən aşağıda olan şagirdlər təhsil prosesinin obyektləridir. Onlar Müsbət və mənfi insanı keyfiyyətlərin potensial daşıyıcılarıdır. Müəllim deyəni az eşidərlər, pis dərk edərlər. Nəlayiq işlərdə adları hallanar. Onlar üzərində ciddi pedoqoji iş (təhsil və tərbiyyə) aparılmalıdır ki, gələcəkdə ictimai mənafeni qoruya bilən vətəndaş kimi yetişsinlər. Millətin qızıl fondu olan parlaq gəncləri ölkədə saxlamağı bacarmasaq, gələcəkdə cəmiyyəti onlar idarə edəcəklər. Zəruri savadları olmasa, pis idarə edəcəklər.
Beləliklə, sinifə bütöv orqanizm kimi baxılmalı sinifin potensialından istifadə edərək passiv şagirləri aktivləşdirməyi (subyekləşdirməyi) imkan yaranır. Əks halda ölkəni bürüyən repetitorluq fəaliyyətinin qarşısını almaq mümkün olmayacaq. Anormal hal müşahidə olunur. Dövlət təminatında olan məktəblərdən fərqli olaraq, repetitorlar kütləvi təhsili bacarırlar.
Təhsil və Tibb
Təhsil və tibb arasında paralelik ilk dəfə Andreas Şleyxer [5] tərəfindən aparılıb və faydalı nəticələr əldə edilmişdi. Tibb ilə müqayisədə təhsildə fəaliyyət məntiqdən kənar görünür. Tibbidə xəstə orqanlar müalicə olunur. Ənənəvi təhsildə tərsinədir, öyrənə bilənlər öyrədilir. Şleyxer A. göstərmişdir ki, tibbidə xəstələrə fərdi müalicə təyin edilir. Ancaq təhsildə isə bütün şagirdləri eyni üsulla öyrətməyə, eyni yolla “müalicə etməyə” çalışırlar. Üstəlik, əlavə edək ki, tibbidə Nobel mükafatı almış kəşvlərin sayı 100 dən çox olduğu halda, təhsildə bu səviyəyə qalxan bir uğur belə yoxdur. Baxmayaraq hər dövlət tibb ilə müqayisdə təhsilə daha çox pullar xərclənir. Bu anlaşılmazlığı başa düşməzdən ötəri, təhsilin inkişafını ləngidən böyük qüsuru nədir- sualın cavab axtaraq.
Bu həyatı əhəmiyyət kəsb edən suala aydın cavab vermək üçün gündəlik həyatdan bir misal çəkməyə ehtiyac var:
- fərz edin ki, ağrıyırsız və həkimə getmisiniz. Həkim sizin temperaturunuzu, təzyiqinizi ölçür, ciyərlərinizi yoxlayır, dilinizə-gözünüzə baxır və dərman yazır. Dərmanın faydası olmur, başqa həkimə gedirsiniz. Bu həkim də birinci həkimin etdiyini edir və üstəlik UZİ –dən keçməyi məsləhət bilir. UZİ nin nəticələri ilə həkim tanış olur və sizə fərqli dərman yazır. Nəticədə siz özünüzü yaxşı hiss edirsiniz.
Sual olunur birinci və ikinci həkimin fərqi nə?
Birinci həkim sağlam orqanlarınızı yoxlayıb, faydasız dərman yazdı. İkinci həkim isə xəstə orqanınızı nəzərə alaraq dərman yazdı. Nəticə yaxşı oldu. Fərq bu qədər!
Təhsildə fəaliyyət birinci həkimin fəaliyyətinə bənzəyir. Düzgün cavablara görə şagirdlərə qiymət yazılır. Qiymətləndirmədə səhv cavablar nəzərə alınmır.
Bu qüsuru aradan qaldırmaq üçün meyar olaraq K –dan istifadə etmək daha proqresivdir. Çünki, qiymətləndirmə zamanı düz cavablarla bərabər, həm də səhv cavablar da nəzərə alınır.
İndi yuxarıdakı suala cavab verə bilərik: təhsil sistemində ən böyük qüsur biliyin qiymətləndirilməsindədir. Bilik düzgün cavaba görə qiymətləndirilir, səhv cavablar nəzərə alınmır.
Səhv meyar və səhv qiymətləndirmə təhsilin dinamik inkişafına ciddi mane törədir.
Beyn axını
Potensialli gənclər öz çevirəsindəki insanların cazibəsini qıraraq iş və yaşam yerini dəyişə bilirlər. O yerə gedir ki, orada öz potensialını reallaşdıra bilirlər. 20 il öncə testdən 700 bal toplamış Rüfət Qaralov indi ölkəmizdə yox, ABŞ-da işləyir. Bizim çox talantlı gənclərimizin əksəriyyəti R.Qaralovun yolunu seçirlər. Onları ölkədə saxlamaq çox çətindir. Belə parlaq gənclərin çox hissəsi bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar. Onları əslində millət üçün “itirilmiş parlaq gənclər”-dir. İşıqlı gənclərin xaricə getməsi, ölkədə qaranlığı artırır. Başqa sözlə millətin işıqlı şəxsiyyətlərini toplumdan qoparmaqla milləti pedoqoji təliyə salmaq mümkündür. Bu səbəbdən də İ.Stalin demişdir: təhsil silahdır.
Vaxtında bu problemi H.Z.Tağıyev uğurla həll edə bilib. Bu gün İsrayıl təcrübəsi bizim üçün də yetərlidir. Bunun üçün cəmi bir neçə zəruri və şərəfli addım atmaq lazımdır. Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyən hər kəs, çörək pulu qazanmaq üçün xaricə üz tutmamalıdır, yalnız yüksək təhsil almağa (maqistratura və dokturantura təhsili) və ya turist kimi gəzməyə getməlidirlər.
Bu səbəbdən vətəndə qalan gənclərə keyfiyyətli təhsil verilməsi strateji məsələ hesab edilməlidir. Biz fərdlərdən daha çox kütlənin təhsilinin yüksəltməyə çalışmalıyıq.
Hər bir ölkənin taleyi gənclərin yox, talantlı gənclərin əlindədir. Çünki onlar ideya generatorlarıdır. Onlara millətin “od saxlayanları” hesab etmək olar. Onların ölkədə qalmasının çarəsni təhsil naziri tapa bilər. Bir çox ölkələr (Yaponiya, İzrayl) bu çarəni tapıb, biz də tapmalıyıq.
Hesab edirəm ki, ETN beyin axınını nəzərə alaraq, öz inkişaf konsepsiyasına yenidən baxmalı, ölkədə qalan gənclərə keyfiyyətli təhsil verməyi bacarmalıdır. Ciddi təhsil problemləri qrantlarla maliyələşdirməməlidir. “Şaftalı” problemini qrantla həll etmək olar. Amma xaricdə işləyən parlaq gəncləri ölkəyə qaytarmaq üçün ciddi planlar qurmaq lazımdır. Nazir etiraf etdi ki, bizdə bilirik ki, 10 və 11 siniflərdə dərs keçilmir. Bax bu problemi həll etməyə ehtiyac böyükdür. Əks halda, pul xərclənər, amma təhsil düzəlməz. 9 ballı şkalanın taleyin, kurikulumu, Baloniyanı yadımızdan çıxarmayaq.
Ideal məktəb
Bugünkü dünya təhsil sistemi ideal məktəb yarada bilmir. Gənçlərin passiv hissəsini təhsil prosesinin subyekinə çevirə bilmir. Səbəbi təhsilin hamı tərəfindən qəbul olunan nəzəriyyəsinin olmamasıdır. Psixologiyanın Qeştalt (Gestalt) prinsipə görə, tamın hissələrinin cəmi onun özünə bərabər deyil, ondan azdır. Fərdlərin əla öyrənməsi yaxşıdır, amma kafi deyil. Ancaq sinifin (bütövün) təhsil parametrlərinin yüksək olmasının daha böyük əhəmiyyətə malikdir.
Biliyin qiymətləndirilməsi zamanı həm doğru, həm də yanlış cavabları nəzərə almaqla ideal məktəb – yəni hər gəncin öyrənə biləcəyi məktəb qurmaq olar. İdeal məktəb o məktəbdir ki, onun üçün a = 100%, K= ∞ -dur. Ənənəvi təhsil mühiti ancaq öyrənə bilənləri öyrədir. Çünki çağdaş təhsil sistemi hamının öyrənə biləcək pedoqoji mühit yarada bilmir. Belə öyrətmənin pedaqoji əsası yoxdur.
Bir neçə nəfərin əlaçı olması və ya olimpiada çepionu olması lokal olaraq yaxşıdı, ancaq qlobal olaraq az əhəmiyyətlidir. Onların təhsil uğurları ölkədən, məktəbdən az asılıdır, özləri ilə bağlıdır. Böyük təhsil adamı A.Şleyxer [5] hesab edir ki, “ən əlverişsiz məktəbdə belə mükəmməl gənc yetişə bilər”. Çünki onların bir qismi təbiət hadisəsidir, harda olsa parlayacaq.UNEC rektoru prof. Ə.Muradov hesab edirki, şəxsiyyət məsələsi təhsil məsələsi deyil, mədəniyyət məsələsidir.
XX əsrdə ölkəmizin təhsil sahəsində həm formaca, həm də məzmun baxımdan mümkün olan bütün reformalardan istifadə edilmişdir. Ancaq struktur dəyşiliklər, idarəetmə yenilikləri, kadr və məzmun dəyşilikləri fayda vermir, baza təhsili düzəlmir ki, düzəlmir.
Bu uzun məqalənin sonunda qısaca demək istəyirəm ki, iqtisadi imkanları bərabər olan ölkənin vətəndaşı olmağı arzulayan hər kəs (pedaqoq olmasa belə), təhsilə öz töhvəsini verməlidir. Təhsilə kömək edənlərə Allah da kömək olar!
Məqalənin sonunda qeyd etmək istərdim ki, dünya təhsil sisteminin vəziyyəti ürəkaçan deyil. Biliyin müəllimdən şagirdə ötürülməsi prosesi hələ axıra qədər aydın deyil. Bu məqalə bu problemə aydınlıq gətirməyə cəhd edildi və aşağıdakı nəticələr əldə edildi.
NƏTICƏLƏR
- Öyrətmənin elmi əsasını yaratmaq üçün, biliyin ötürülməsinin xüsusiyyətlərini əks etdirən yeni model, yeni anlayışlar təklif edilmiş və riyazi aparat yaradılmışdı.
- Tədris materialının öyrənilmiş hissəsinin, öyrənilməli olana nisbəti nisbi mənimsəmə meyar a adlandırılmışdı. Keyfiyyət faktoru (K) adlandırılan ikinci meyar, tədris materialının öyrənilmiş hissəsinin öyrənilməyən hissəyə olan nisbətini göstərir. Şagirdləri biliyə görə differensasiya etmək qabiliyətinə görə K meyarı, tarixi meyar a -dan çox üstündür. Mahiyyətcə bu meyyarlar çox fərqlidir. Meyar a ancaq düzgün cavablara görə, meyar K isə həm düzgün, həm də səhv cavablara görə təhsil alana qiymətləndirir. K meyarı monitorinq aləti kimi təhsilin keyfiyyətinə nəzərət üçün də çox qiymətlidir.
- Təhsilin inkişafına mənfi təsir göstərən ən böyük qüsur, biliyin qiymətləndirilməsi zamanı buraxılan səhvdir. Ənənəvi qiymətləndirmədə səhv cavabar nəzərə alınmır. Təhsilin keyfiyyətini qaldırmaq üçün qiymətləndirmə zamanı həm doğru, həm də yanlış cavabları nəzərə almaq lazımdır.
- Öyrətmənin elmi əsasını təşkil edən nəzəri düsturların düzlüyü təcrübədə yoxlanılmışdı. Təcrübi a(K) asılılığı nəzəriyyənin göstərdiyi kimi qeyri xətti olması düsturların düzlüyünü təsdiqləyir. a(K) asılılığı sinif daxilində şagirdlərin bal- reytinq münasibətini birbaşa göstərir. Bu asılılıq təhsilin keyfiyyətini yüksəltmək üçün əlverişli yeni pedoqoji mühit yaradır.
- Sinifə şagirdlərin mexaniki cəmi kimi yox, vahid canlı orqanizm kimi baxmaq tövsiyyə olunur. Bu zaman kütləvi və fərdi təhsilin vəhdəti, əməkdaşlıq mühiti (rəqabət yox), yaranır. Sinifin orta bilik səviyyəsini bilmək zəruriəti yaranır. Sinifin arxitekturasını dəyişməklə, onu xırda qruplara (3-5 şagird) bölməklə, öyrənməyə əlavə “şagird – şagird ” kanalı açılır.
- Orta mənimsəmə göstəricisi ideal məktəbə gedən yolun başlanğıcıdır. Bal- reytinq asılılığı ideal məktəb ( yəni hər öyrəncinin təhsil subyekt ola biləcəyi məktəb) qurmağa yol açır.
- İdeal məktəbdə hər bir öyrənci təhsil prosesinin subyektidir. Biliyi orta mənimsəmə səviyyəsindən yüksək olan şagirdlər təhsil prosesinin subyekti, aşagı olanlar isə obyekti hesab edilir. Sinifə vahid canlı orqnizm kimi baxılarsa, onda bu göstəricini ilbəil yüksəltmək mümkündür. Students whose knowledge is higher than the average knowledge level are considered the subject of the educational process, and those whose knowledge is lower are considered the object. If the class is viewed as a single living organism, then it is possible to increase this indicator year after year
Ədəbiyyat
- Аскеров Ш.Г., Новый критерий оценки знаний, Современные проблемы науки и образования,”Педагогическ науки”- 2009, №6.c. 6
- Аскеров Ш.Г., Оценка знаний: поиск рационального варианта. “Народное Образование”, №1, стр.141, -2004;
- Аскеров Ш.Г., Новый критерий оценки знаний AR Müəllif Hüquqları Agentliyi, ŞƏHADƏTNAMƏ, № 6057, Bakı, 16 oktyabr 2009
- Якимов А.Н., Юрков Н.К., Баннов В.Я. Роль рейтинговой системы контроля и оценки знаний в повышении качества образования // Успехи современного естествознания.– 2010.– № 1.– С. 92–93.
- Andreas Şleyxer, Dünya standarları: XXI əsr təhsil sistemini necə qurmalı, Bakı, 2022
- Канашевич Т.Н., Юхновская О.В Aвтоматизация процесса оценки знаний студентов при помощи информационно-измерительных систем, Минск, БНТУ, 2021. – Ч. 2. – 197-199.pdf (424.2Kb), https://rep.bntu.by/handle/data/85022
- Azərbaycan məktəbi 2022, n2,p49-56, https://orcid.org/0000-0002-1895-457X
Bəzi pedaqoqlar bu şkalanı, səhvən 3 ballı şkala hesab edirlər. Qazaxstanda 4 ballı şkaladan istifadə edilir.