2022-ci il dekabrın 2-də Xəzər Universitetinin Mərmər salonunda gənc tədqiqatçı-yazar Elvin Arifoğlunun “Sükutla danışanlar” kitabının təqdimatı oldu. Təqdimatı giriş sözü ilə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq, gənc yazarın həyat və yaradıcılığı, yeni çapdan çıxmış əsər haqqında salondakılara geniş məlumat verdi. Ə.Əmirbəyli əsərin qəhrəmanları olan – Xəzər Universitetinin Mühəndislik və Tətbiqi elmlər fakültəsinin tələbələri Fərid və Məhəmməd obrazları haqqında, həmyaşıdlarının gördüyü işlərdən danışdı.

Sonra söz yazar Elvin Arifoğluya verildi. Yazar əsərin hasilə gəlməsi ilə əlaqədar maraqlı məqamlardan söz aşdı.

Təqdimat mərasimində Xəzər Universitəsinin rektoru İradə Xəlilova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli və digərləri çıxış edərək, əsər haqqında fikirlərini bildirdilər. Yazar E.Arifoğlu imzalı kitablarını oxucularına təqdim etdi.

Həmin gün gənc tədqiqatçı-yazar Elvin Arifoğlu Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının qəbulunda oldu.

H.İsaxanlı “Sükutla danışanlar” kitabının müəllifinə Xəzər Universitetinin tələbələrini əsərin əsas obrazları kimi seçdiyinə görə təşəkkürünü bildirdi. Yazar Hamlet İsaxanlıya həyatı haqqında geniş məlumat verdi, təqdimat tədbirinə görə minnətdarlıq etdi.

 

Bənzər yazılar