ADA Universiteti və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən “46-cı ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVII Azərbaycan Birinciliyi) keçirilib.
Müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.
Müsabiqədə ADA Universitetindən qatılan İbrahim Tağızadə, Ülvi Aslanlı və Ayxan Ağazadə xüsusi fərqləniblər.
Müsabiqənin nəticələrinə görə:
- ADA U: 2, ADA U: 3, Azerbaijani-French U – UFAZ: 2 komandaları – I dərəcəli,
- ADA U: 1, Baku Higher Oil School: 4, Baku Higher Oil School: 2, Azerbaijani-French U – UFAZ: 3 – II dərəcəli,
- Baku Eng U: 6, Baku Eng U: 3, ADA U: 6, Azerbaijan S Oil&Industry U: 7, Baku Eng U: 1, Baku Higher Oil School: 5, Azerbaijani-French U – UFAZ: 1 komandaları – III dərəcəli diploma layiq görülüb.
Bundan başqa 45 komanda fərglənmə sertifikatına layiq görülülüb.
2022-ci ildə keçiriləcək “46-cı ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları yanvar ayında bildiriləcək.
Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. 45-ci ICPC 2020-2021 statistikasına görə son müsabiqədə 115 ölkənin 3000-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə yaxın tələbə iştirak etmişdir. Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər.
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank regional müsabiqənin baş sponsorudur.