Mektebgushesi

Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi – Qalmaqal

  Bakıda 116 nömrəli məktəbdə müəllim uşağı təhqir edib. Bu barədə iddia ilə jurnalist Röya Rəfili öz “Facebook” səhifəsində çıxış edib. O bildirib ki, oğlunun sinif rəhbəri şagirdlərə onu qız kimi təqdim edib: “Uşaqlar dünən məktəbə gediblər. Dəhlizdə həmin sinif rəhbəri oğlumu qardaşının yanından götürüb sinfə aparıb və sinfin qarşısında beləcə təqdim edib: “Tanış olun, […]

Tələbələrimiz ICPC – beynəlxalq proqramlaşdırma müsabiqəsində uğurla çıxış edib – FOTO

  ADA Universiteti və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən “46-cı ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVII Azərbaycan Birinciliyi) keçirilib. Müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma […]

Rusiyada məktəb kitablarının müəllifləri səhvə görə məsuliyyətə cəlb ediləcək

  Rusiyada məktəb dərsliklərinin müəllifləri kitablardakı səhvlərə görə məsuliyyətə cəlb edilə bilər. Bu təkliflə Rusiya Dövlət Dumasının Təhsil Komitəsi çıxış edib. Hələlik hansı cəzanın veriləcəyi və ümumilikdə prosesə hansı qurumun nəzarət edəcəyi dəqiq deyil. Cəza tədbirləri həmçinin hazırlığın son mərhələsində dərslikləri yoxlayan ekspertlərə qarşı da həyata keçirilə bilər. Mənbə: Pnp.ru