Mektebgushesi

BMU nüfuzlu QS reytinq cədvəlində yer alıb

Böyük Britaniyanın “QS World University Rankings” nəşrinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin 2022-ci il üzrə reytinq cədvəlində Azərbaycandan ümumilikdə 7 universitet yer alıb. Belə ki, ən yaxşı universitetlərin reytinq cədvəlində Xəzər Universiteti 211-220, Azərbaycan Dövlət İqtisad Universiteti 221-230, Bakı Dövlət Universiteti 251-300, ADA Universiteti 301-350, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat […]

DİM Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib

Dövlət İmtahan Mərkəzində Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Struktur vahid: Test bankı sektoru Vəzifənin adı: Aparıcı məsləhətçi Aylıq vəzifə maaşı: 1330 manat Qulluq funksiyaları: – Test bankının […]

Peşəkar mühasib sertifikatı almaq istəyənlərin nəzərinə

  Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 216 nəfər müraciət edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahanın […]

Azərbaycan və Türkiyənin peşə təhsil müəssisələri arasında əməkdaşlıq memorandumu imzalanıb

  Türkiyənin Bursa şəhərindəki 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində Bursa şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil […]

Tələbə krediti üçün müraciətlərin qəbulu davam edir

Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir.  Mektebgushesi.az xəbər verir ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.  Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala […]

Ceyhun Məmmədov -“12 illik təhsilə keçid təhsilimizin inkişafına töhfə verə bilər”

“Son günlər cəmiyyətdə 12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır. Hesab edirəm müəyyən ciddi hazırlıqlar həyata keçirilfikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkədəki hesabında bildirib. “Bu, həmçinin bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək. Bu, […]

DİM dekabrın 19-da qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək

DİM dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək İmtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq: I […]

İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi seminarda çıxış edib

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Beyrutda yerləşən Ərəb Dili üzrə Struktur Bölmələrin Beynəlxalq Təşkilatı tərəfindən onlayn formatda təşkil olunmuş “Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda ərəb dili” mövzusunda beynəlxalq elmi seminarda “Azərbaycanın mədəni irsinin öyrənilməsində ərəb dilinin mühüm rolu” adlı məruzə ilə çıxış edib. İ.Əlimuradov çıxışında […]

Xəzər Universitetinin tələbəsi “Girls making change” sosial layihəsinin qalibi olub

  ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilərək may-noyabr ayları ərzində keçirilmiş “Girls Making Change” sosial layihəsinin nəticələri açıqlanıb. Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi Afət Əhmədova sosial layihənin qalibi olub. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, layihəyə 1000-ə yaxın şəxs müraciət edib və seçilən 100-dən çox iştirakçı imtahan mərhələsinə buraxılıb. İmtahan nəticələrinə əsasən […]

DİM -də ABŞ səfirliyinin proqramı çərçivəsində həyata keçirilən layihənin nəticələri müzakirə olunub

  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri – ictimai məsələlər üzrə səfirin müşaviri Geoffrey Anisman, mədəniyyət məsələləri üzrə məsul şəxs Richard Pinkham və təhsil mütəxəssisi Raminə Mürşüdova ilə görüşüb. Bu barədə Mektebgushesi.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, görüşdə tərəflər arasında ABŞ səfirliyinin “English Language Specialist” proqramı çərçivəsində […]

Azərbaycanın 7 ali məktəbi ən yaxşı universitetlər reytinqinə düşüb – SİYAHI  

Böyük Britaniyanın “QS World University Rankings” nəşri Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri arasında 2022-ci il üzrə ən yaxşı universitetlərin reytinq sıralamasını açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, sıralamada 7 Azərbaycan universiteti də yer alıb. 450 universitet arasında Azərbaycandan Xəzər Universiteti, ardınca Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti,  ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat […]

Dekabrın 18-də TOEFL iBT imtahanı keçiriləcək

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Mektebgushesi.az xəbər verir ki, ETS-in (Educational Testing Service–Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar: 1. Şəkilli şəxsiyyət vəsiqəsi və […]

Yevlaxda 13 yaşlı qız itkin düşüb

Yevlaxda 13 yaşlı qız itkin düşüb. Mektebgushesi.az xəbər verir ki, Yevlax rayon sakini, 2008-ci il təvəllüdlü Nuray Mustafayeva dekabrın 13-də evdən çıxıb və geri qayıtmayıb. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Gələn il keçiriləcək qabiliyyət imtahanlarının şərtləri müzakirə olunub

Orta ixtisas təhsili səviyyəsi üzrə keçiriləcək bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət imtahanlarına həsr edilən işçi qrupun növbəti iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, işçi qrupun üzvləri 2022-ci ildə bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək imtahanların daha təkmil formada təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb, mövcud stadionların vəziyyəti ilə bağlı müzakirələr aparıblar. […]

Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub  

Bakıdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Mektebgushesi.az xəbər verir  ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: “Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.