Dərc olunub: 16.12.2021

Bakıdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Mektebgushesi.az xəbər verir  ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: “Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.