Dərc olunub: 16.12.2021
Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin “E-TEACHERS” layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimin açılışında layihə rəhbəri Azər Əliyev çıxış edərək layihənin icrası haqqında hesabat verib. Layihədə iştirak edən bütün iştirakçılara sertifikatlar göndərilib.
Ümumilikdə 50 iştirakçı qiymətləndirilib və onlardan 8-i ən fəal iştirakçı adını alıb.
Mərasimin sonunda müəllimlərin yeni təklifləri və istəkləri dinlənilib.
Qeyd edək ki, layihənin  əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır və layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.