Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin “E-TEACHERS” layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimin açılışında layihə rəhbəri Azər Əliyev çıxış edərək layihənin icrası haqqında hesabat verib. Layihədə iştirak edən bütün iştirakçılara sertifikatlar göndərilib.
Ümumilikdə 50 iştirakçı qiymətləndirilib və onlardan 8-i ən fəal iştirakçı adını alıb.
Mərasimin sonunda müəllimlərin yeni təklifləri və istəkləri dinlənilib.
![](https://mektebgushesi.az/wp-content/uploads/2021/12/FB_IMG_1639634329919-174x300.jpg)
![](https://mektebgushesi.az/wp-content/uploads/2021/12/FB_IMG_1639634340818-300x246.jpg)
Qeyd edək ki, layihənin əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır və layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.