Təhsil İnstitutu ingilis dili müəllimlərini təlimlərə dəvət edir
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/16396571055137059331_1000x669.jpg)
Təhsil İnstitutu ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “British Council” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramı müəllimlərin tədris ehtiyaclarına uyğun hazırlanıb və onların peşəkar inkişafının artırılması məqsədi daşıyır. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, təlimlər Onlayn Müəllim İcması platforması üzərindən həyata keçirilir […]
Cəfər Cəfərov: ADPU -nun 100 illik yubileyini qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə qeyd edirik
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/cəfər.jpg)
Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet bu gün də ölkəmizin ali təhsil sistemində ön sıralardadır və fəaliyyətini dövrün tələbləri istiqamətində qurur. Mektebgushesi.az AZƏRTAC -a istinadən əlamətdar yubiley münasibətilə universitetin rektoru professor Cəfər Cəfərovla müsahibəni təqdim edir. – Azərbaycan Dövlət […]
İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən universitetlərimiz
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/10/ilham.jpg)
Universitetlərin pandemiya dövründə yeni tədris formatlarına və bu səbəbdən də rəqəmsal xidmətlərə yüksək tələbatı yarandı. İlk dəfə olaraq onlayn təhsil sferasına ciddi investorların axını baş verdi, bunun sayəsində cəmi bir il ərzində, bir çox rəqəmsal təhsil platformaları iri masştabda böyüdü və inkişaf etdi. Pandemiya dövrünün universitet təhsili bütün dünyaya göstərdi ki, tələbələr onlayn təhsil […]
ADNSU tələbələri təcrübə sınaq dərslərini istehsalat müəssisəsində keçiblər
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/a4bd99817b3830c4f4e9d754b36939c6.jpeg)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Qaz-neft mədən” fakültəsinin “Neftin-qazın nəqli və saxlanması” kafedrasının Neft qaz qurğuları mühəndisliyi və Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə bakalavr səviyyəsində təhsil alan II və III kurs tələbələri dərslərini birbaşa istehsalat müəssisəsində keçiblər. Belə ki, tələbələrin nəzəri biliklərini möhkəmləndirmək, təcrübə sınaq işləri ilə yaxından tanış olmaq məqsədi […]
“Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransı panellərlə davam edir
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/268563532_455838372619529_603981537120329726_n-1-1024x683.jpg)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransı panellərlə davam edib. Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun moderatorluq etdiyi paneldə professor Sakit Hüseynov “Dini ekstremizmin fəlsəfi və sosioloji təhlili”; fəlsəfə üzrə fəlsəfə doktoru […]
“Türkologiya” jurnalının 2021-ci il üçün 2-ci (sonuncu) sayı çapdan çıxıb
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/Backup_of_turkologiya-2-uz-768x1024.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2-ci sayı (2021) artıq nəşr olunub. Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 2-ci sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu […]
Vətən müharibəsi qəhrəmanlarının tanıtımı ilə bağlı layihənin icrası yekunlaşdı.
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/hl-7125632031.jpg)
“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 15 sentyabr –15 dekabr 2021-ci il tarixlərində həyata keçirdiyi “Bir ölür – min dirilərik-2!” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Biləsuvar və Füzuli rayonlarında həyata keçirilmişdi. Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, […]
Pedaqoji Universitetin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/IMG-20211216-WA0020-1024x682.jpg)
Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi universitetin 100 illik yubileyi ilə bağlı təntənəli mərasim öncəsi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. Pedaqoji Universitetin kollektivi adından məzarı üzərində əklil qoyulub. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik […]
Təhsil İdarəsində koreyalı qonaqlarla görüş
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/001-16.12.2021-1-1024x683.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində koreyalı mütəxəssislərlə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Future Class Network şəbəkəsinin idarə heyətinin sədri Conq Çanq Pil, təlimlər qrupununun rəhbəri Kim Sun Conq, təlimlərin meneceri Han Sun və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər. Görüşün əsas məqsədi Koreya ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı […]
Xəzər Universiteti dünya reytinq cədvəlində Azərbaycan Universitetləri arasında 1-ci yerdədir
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/modern.az_unnamed_1_473.jpg)
Xəzər Universiteti “QS EECA University Rankings 2022” dünya reytinq cədvəlində Azərbaycan Universitetləri arasında 1-ci yerdədir Dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlandı. Xəzər Universiteti regionun ən yaxşı ali məktəbləri siyahısında 210-220 aralıqda qərarlaşıb. Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitləri arasında […]
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva kimdir?
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/wsdqw.png)
Mektebgushesi.az xəbər verir ki, Teleqraf.com “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edir. Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir. Pərvanə Hacıyeva Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlı alimdir. Almaniyanın Mayns Universitetinin tibb üzrə professoru olan […]
“E-TEACHERS” layihəsinin bağlanış mərasimi keçirilib
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/FB_IMG_1639634347605.jpg)
Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin “E-TEACHERS” layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimin açılışında layihə rəhbəri Azər Əliyev çıxış edərək layihənin icrası haqqında hesabat verib. Layihədə iştirak edən bütün iştirakçılara sertifikatlar göndərilib. Ümumilikdə 50 iştirakçı qiymətləndirilib və onlardan 8-i ən fəal iştirakçı adını alıb. Mərasimin sonunda müəllimlərin yeni təklifləri və istəkləri dinlənilib. Qeyd edək […]
ADU-da şəhid və qazi ailələrinin övladları ilə görüş keçirilib
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/ADU_8733.jpg)
Dekabrın 15-də Azərbaycan Dillər Universitetində “Fortis” Akademiyada təhsil alan şəhid, qazi və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilənilib, ruhları ehtiramla yad edilib. ADU-nun tədris və elmi bazası haqqında məlumat verən rektor qeyd […]
Bakı məktəblərində valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/09/mehriba.jpg)
“Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub”. Mektebgushesi.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: “Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”. M.Vəliyeva bildirib ki, bu gün […]
Azərbaycanda fizika müəllimi qohumunu öldürüb, sonra yandırdı
![](https://www.mektebgushesi.az/wp-content/uploads/2021/12/9619526477707514_n.jpg)
Azərbaycanda 8 ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. Mektebgushesi.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, Hüseynov Elnur Rasim oğlu (fizika müəllimidir) oğurluğa görə tutulub. O, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən […]