Dərc olunub: 28.04.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin xatirə muzeyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbi ilə birgə “Nizami Gəncəvi İli”nə həsr olunan tədbir-sərgi keçirib.

Bu barədə Mektebgushesi.az-a UNEC-dən məlumat verilib. Muzeyin direktoru İradə Əzimzadə, UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar.

Sərgidə istedadlı tələbələrin Nizami yaradıcılığından bəhs olunan rəngarəng əl işləri nümayiş etdirilib. Rəsm əsərləri nümayiş olunmuş tələbələrə diplomlar təqdim olunub.

Bənzər yazılar