Ali təhsil müəssisələrində təhsil prosesinin tədris-metodiki təminatı bazası yaradılacaq.
Mektebgushesi.az -ın məlumatına görə, bu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Layihəyə əsasən, ali təhsil müəssisənin rəhbərliyi müəssisənin tədris-metodiki təminatı zamanı aşağıdakı vəzifələri yerinə yetirir:
– tədris prosesinin təlim-metodiki, didaktik və informasiya materialları ilə təmin edilməsi, texniki vasitələrlə zənginləşdirilməsi işinə nəzarət etmək;
– tədris prosesinin dərsliklər, dərs vəsaitləri və xarici ölkə ədəbiyyatları ilə təmin edilməsinə nəzarət etmək;
– ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətini modernləşdirmək, rəqəmsal təhsil resurslarından istifadə imkanlarını genişləndirmək;
– bütün ixtisaslar və ixtisaslaşmalar üzrə metodik materialların işlənib hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək;
– fakültə və departamentdə tədris-metodiki işlərin vəziyyətinin təhlili və ona nəzarət, elmi-metodiki materialların mənimsənilməsində professor-muəllim heyətinə praktiki yardımlar göstərmək;
– tədris prosesinin monitorinqi və tədris prosesinin təşkilində müvafiq departamentə və digər struktur bölmələrinə metodiki yardım etmək;
– tədris prosesinin tədris-metodiki dərslik və dərs vəsaitləri ilə, didaktik və informasiya materialları ilə təmin edilməsi, dərslərin aparılmasının, tədris proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasını təşkil etmək;
– fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və istifadəsinə təşkilatı və metodiki yardımlar göstərmək;
– tədris prosesinə yeni informasiya texnologiyalarının tətbiqi, tədris plan və proqramlarının, metodiki göstərişlərin, mühazirə mətnlərinin və digər elmi-metodiki sənəd və tədris vəsaitlərinin elektron variantlarının hazırlanması işini təşkil etmək;
– kredit sistemində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:
– ixtisasın (ixtisaslaşmanın) tədris planı;
– ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki;
– ixtisasın (ixtisaslaşma) üzrə illik işçi tədris planı;
– tələbənin fərdi tədris planı;
– müəllimin illik işçi tədris planı.