Mektebgushesi

“Dərs vaxtı”nın 11 yanvar cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 11-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs […]

“Tarix yazan Vətən Oğulları” – ADPU-nun Şəhidlərinin xatirəsinə həsr olunan telekörpü

Yanvarın 10-da Bakı şəhəri, Xətai rayonu, A. Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Vətən müharibəsində Şəhid olan tələbə və məzunlarınının xatirəsinə həsr olunmuş “Tarix Yazan Vətən Oğulları” adlı telekörpü baş tutub. Tədbir Zoom platforması üzərindən gerçəkləşdirilib. Telekörpünün layihə rəhbəri 95 nömrəli məktəbin direktoru Elçin Abdullayev, təşkilatçıları isə direktor […]

BDU-da “İmtahana hazırlıq prosesi” adlı vebinar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Fizika fakültəsində “İmtahana hazırlıq prosesi” adlı onlayn vebinar keçirilib. Vebinarın keçirlməsində əsas məqsəd tələbələrə onlayn psixoloji dəstəyin göstərilməsi və imtahan prosesində bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır. Moderator, Fizika fakültəsi TGT sədr müavini Musayeva Nəzrin imtahan sessiyasında tələbələrə uğurlar arzulayıb, vebinarın mövzusu haqqında tələbələrə ümumi […]

Nadir İsrafilov: “Bir vacib məqamı da nəzərə almadıq ki,…”

“Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar”    II yazı “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…” Heydər Əliyev […]

Mingəçevir Dövlət Universitetində online imtahan sessiyası ilə əlaqədar təlimlər keçirilib

  2021-ci ilin 9 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Microsoft Teams” proqramından istifadə qaydaları ilə bağlı növbəti təlimlər keçirilib. Online formatda keçirilən təlimlərin əsas məqsədi 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öncəsi universitet əməkdaşları, magistrantlar və tələbələrin “Microsoft Teams” proqramından istifadə bacarıqlarını inkişaf etdirmək və onların imtahan prosesində fəal iştirakını təmin etmək olub. […]

Azərbaycanda daha 19 nəfər koronavirusdan öldü: 601 yeni yoluxma – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 19 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 13061 nəfərə çatıb. Ölkədə son sutka ərzində 8368, hazırkı dövrədək isə 2267923 test aparılıb. Ümumi ölənlərin sayı 2909 nəfərdir. Ümumi yoluxanların sayı 224651 […]

Qidalanmada yol verdiyimiz səhvlər

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aynur Həsənova, Cəmilə Hacızadə və Nərgiz Ağayeva “Qidalanmada yol verdiyimiz səhvlər” adlı məqalə hazırlayıb. Mektebgushesi.az  həmin məqaləni təqdim edir: “Gündəlik müxtəlif təzə qida məhsullarının istehlakı orqanizmi lazımi qədər zəruri qida maddələri ilə təmin edir. Bu həm də insanların çəki alma (piylənmə) və qeyri-infeksion xəstəliklərə yoluxmasına gətirib çıxaran […]

Karantini pozan 3 147 nəfər cərimələndi

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 8-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Genetik Ehtiyatlar İnstitutunda magistrantların qış imtahan sessiyası keçirilir

Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, genetika, insan genetikası, bitkilərin seleksiyası, bitkilərin mühafizəsi ixtisasları üzrə II kursda təhsil alan 5 magistrantın bitki biotexnologiyası və molekulyar seleksiya və elmi tədqiqatın metodologiyası fənləri üzrə imtahanları keçirilib. İmtahanlar “Zoom” platformasından istifadə edilməklə onlayn formatda təşkil olunub. Qeyd […]

2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayı 85-ə çatdırılacaq

2021-2022-ci tədris ilində 50 məktəbdə peşə təmayüllü siniflərin sayının 85-ə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün “Sürücülük” modulunun və STEAM (Science, Technology, Engineering, Art və Math) metodologiyasının tətbiqi nəzərdə tutulur. Xatırladaq ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan […]

SDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib. 700-dən çox müəllim və tələbənin iştirak etdiyi tədbir bədii hissə ilə başlayıb. Tələbələrin ifasında “ Qarabağ şikəstəsi” səsləndirilib. Sonra tədbirin aparıcıları-filologiya fakültəsinin tələbələri Natəvan Rüstəmova və Nəzrin Tağızadə Vətən müharibəsinin başlanma səbəbləri,  həmçinin nəticələrindən danışıblar. Tədbirdə iştirak edən tələbələr “Qarabağ Azərbaycandır!” […]

Böyük Britaniyada buraxılış imtahanları ləğv edildi

“Alqoritmlərə deyil, müəllimlərimizə güvənəcəyik” Böyük Britaniya hökuməti COVID-19 səbəbindən bu ilin yay buraxılış imtahanlarını ləğv etmək qərarına gəldi. “Sky news”  portalının məlumatına əsasən, Böyük Britaniyanın Təhsil naziri Gavin Uilyamson bildirib ki, 2021-ci ildə GCSE  (ümumi təhsil haqqında attestat) və A-levels (tam orta təhsil proqramı) imtahanları ləğv olunacaq.  O, həmçinin deyib ki, bu il bütün İngiltərədə […]

281 nömrəli tam orta məktəbdə Milli qəhrəmanlar və şəhidlər anılıb

Suraxanı rayon Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin şagird, pedaqoji kollektivinin və məktəb rəhbərliyinin iştirakı ilə Şəhid Elgün Mikayıllı və Azərbaycanın Milli Qəhramanı Elşad Hüseynova həsr olunmuş Vətənpərvərlik mövzusunda tədbir “keçirilib. Tədbir “Şəhidləri Anırıq” adlı Teams platformasında online keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad […]

Professor Adil Allahverdiyev BDU-nun tələbələrinə koronavirusa qarşı peyvəndin hazırlanmasından danışıb

Bakı Dövlət Universitetində (BDU) Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin təqdimatında “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçirilib. BDU-dan Mektebgushesi.az-a bildirilib ki, görüşün məqsədi barədə məlumat verən Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov alimin araşdırmalarının dünya tibb elminə verdiyi töhfələrdən, elmi tədqiqatlarının əhəmiyyətindən […]

Yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Proqramını İdarəetmə Qrupu tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci il yaz semestri üçün nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlərin sənəd qəbulu aparılır.   Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, sənəd qəbulu yanvarın 15-i saat […]