Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən 2020-ci ildə müxtəlif problemlər üzrə 9 mühüm elmi nəticə əldə olunub.
Bu barədə Mektebgushesi.az -a institutdan məlumat verilib. Bildirilib ki, nəticələr elmi-fundamental xarakterlidir. Nəticələr “Neft kimyası, neft emalı və digər texnoloji proseslər üçün yüksək səmərəliyə malik yeni polifunksional katalitik sistemlərin və sorbentlərin alınmasının, biomimetrik və stimullaşdırılan katalizatorların istifadəsinin elmi əsaslarının işlənib hazırlanması” və “Neft kimya xammalı əsasında spesifik quruluşa və fiziki-kimyəvi xassələrə malik monomerlərin, hibridləşmiş oliqomerlərin, polimerlərin, ion mayelərinin, müxtəlif təyinatlı preparatların və onların əsasında yeni kompozisiya materiallarının alınma üsullarının işlənib hazırlanması və onların səmərəli tətbiqi üçün tövsiyələrin verilməsi” problemləri üzrə əldə olunub.