Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi Goranboyda “N” saylı hərbi hissəyə sovqat aparıb.

AzMİU-dan Mektebgushesi.az -a bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ordumuza dəstək məqsədilə həyata keçirilən təşəbbüsə tələbələr böyük həvəslə qoşulublar. Yığılan vəsaitlə hərbi hissənin şəxsi heyətinə isti geyimlər, ərzaq məhsulları alınıb, erməni işğalçıları ilə döyüşən əsgərimizə mənəvi dəstək göstərilib. Universitetin əməkdaşları hər zaman ordumuzun yanında olduqlarını, tezliklə onlardan qələbə xəbərləri gözlədiklərini dilə gətiriblər.

Qeyd edək ki, ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başladığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad ediləcək.

Bənzər yazılar