2020/2021-ci tədris ili üçün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədləri Kollecə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar – epidemioloji vəziyyəti nəzərə alaraq qəbul olanların qeydiyyat prosesinin Kollec tərəfindən onlayn formada təşkil olunması ilə əlaqədar aşağıda göstərilən sənədləri Kollecin email ünvanına – sirvankolleci@mail.ru göndərmələri xahiş olunur.

1. İş nömrəsi

2. Şəkilli formada sağlamlıq haqqında arayış

3. Şəxsiyyət vəsiqəsinin surəti

4. Attestasın və ya Şəhadətnamənin əsli

5. 3×4 -ə şəkil – 4 ədəd (fonu ağ) rəngli şəkil

6. Yaşayış yerindən arayış

7. Əlaqə nömrəsi (mobil – telefon)

8. Ödənişli əsaslarla qəbul olduqda Kapital Banka (Büdcə kodu – 142543, Büdcə səviyyə kodu – 3 ) ödəniş ödənilir və ona verilən qəbzin originalı Kollecin qeydiyyat şöbəsinə təqdim edilir:

Əyani illik təhsil haqqı ödənişi – 500 manat

Qiyabi illik təhsil haqqı ödənişi – 450 manat

Bənzər yazılar