Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (dissertanturaya) ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan və elmlər doktoru proqramı üzrə dissertanturaya (uyğun ixtisas üzrə elmlər namizədləri və fəlsəfə doktorları elmi dərəcəsi olan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya (dissertanturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Ərizə (ali təhsil müəssisəsinin rektorunun adına yazılır).
- Kadrların şəxsi qeydiyyat vərəqəsi.
- Tərcümeyi-hal.
- 3 ədəd fotoşəkil (3×4 sm ölçüdə).
- İş yerindən xasiyyətnamə.
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış.
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.
- Ali təhsil müəssisəsini bitirmək və elmi dərəcə olması haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və diploma əlavə (qiymət cədvəlindən çıxarış).
- Şəxsiyyəti təsdiq edən sənədin surəti.
Diplomun əsli, şəxsiyyət vəsiqəsi və hərbi bilet (çağırışçı vəsiqəsi) şəxsən təqdim edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq iddiasında olanlar xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər.
Dissertanturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla) və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmındə qəbul imtahanları verməlidirlər.
Sənədlər 03 sentyabr 2020-ci il tarixindən 25 sentyabr 2020-ci il tarixinədək ADNSU-nun əsas binasında (Azadlıq prospekti, 34) 248-ci otaqda, həftənin I-VI günləri saat 900–1800-a kimi qəbul edilir. Sənədlərini təqdim etmiş iddiaçıların siyahisı “Xarici dil” imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinə(DİM) 30 sentyabrr 2020-ci il tarixədək təqdim ediləcəkdir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək.
Qəbul imtahanları 2020-ci il oktyabr ayının 5-dən noyabr ayının 6-dək keçiriləcəkdir.
Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər ADNSU-nun “Doktorantura” şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, tel: (012)493-46-24) müraciət edə bilərlər.
REKTORLUQ