Azərbaycanda “Kimya və abituriyentlər” adlı yeni dərs vəsaiti nəşr olunub
Üç müəllimin müəllifliyi ilə ‘Kimya və abituriyentlər” kitabı çap olundu
Mektebgushesi.az xəbər verir ki, vəsait şagirdlər, abituriyentlər, kimya müəllimləri, eləcə də müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub.
Vəsait Dövlət İmtahan Mərkəzinin (DİM) kimya vəsaitinin və orta məktəb kimya dərsliklərinin əsasında hazırlanıb, bütün ağır fikir və izahlar xeyli sadələşdirilib.
Fərid Talıbov, Vüsal Əliyev və Ruslan Talıbın müəllifliyi ilə ərsəyə gələn kitab asan, anlaşıqlı, sadə və yığcam şəkildə hazırlanaraq istifadəyə verilib.
Kitabın müəllifləri uzun müddətdir kimya tədrisi ilə məşğul olan və bu sahədə səriştəli pedoqoq-müəllimlərdir.