Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat bir daha göstərdi ki, “qarı düşmən dost olmaz”, ermənilər öz məkrli siyasətlərindən heç vaxt əl çəkməzlər, dinc qonşuluq siyasəti məhfumu bu millətə yaddır.
Bəli, düşmənin arzusu bu dəfə də ürəyində qaldı, hərbi təxribatının qarşısı Azərbaycan ordusu tərəfindən mərdliklə alındı, düşmən qüvvələri adekvat cavab zərbələri ilə geri oturdularaq xeyli itki verdilər. Azərbaycan-Ermənistan sərhədində gərgin vəziyyət davam edir. Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılsa da, məkrli düşmən dinc sakinləri hədəfə almaqdan çəkinmir. Bu əməli ilə Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətindən əl çəkmədiyini nümayiş etdirir.
2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında isə ,şübhəsiz, Ermənistan rəhbərliyi durur.
Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində azərbaycanlı mülki əhali arasında itki olmasa da, çox təəssüf ki, Milli Ordumuz itki verdi, bir neçə hərbçimiz şəhid oldu, bir neçəsi yaralandı. Azərbaycan əsgəri düşmənin həmlələrini mərdliklə dəf edərkən öz canını Vətən yolunda fəda etməkdən çəkinmədi, şəhidlik kimi müqəddəs zirvəyə yüksəldi. Amma Ermənistan rəhbərliyi əmin olsun ki, bu qan yerdə qalmayacaq!
Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.Lənkəran Dövlət Universitetinin bütün kollektivi Azərbaycan xalqının bir parçası kimi bu gün Milli Ordumuzu, qəhrəman əsgərlərimizi dəstəkləyir, dövlət başçımızın, ordumuzun arxasında olduğunu bəyan edir.Bu gün hər birimiz Azərbaycan əldə silah Azərbaycan torpağının müdafiəsinə, Qarabağı işğaldan azad etməyə hazırıq!
2016-cı ilin aprel ayında olduğu kimi bu dəfə də məkrli işğalçılıq siyasəti Ermənistana rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey gətirməyəcək. Ermənilərin törətdiyi əməllər cəzasız qalmayacaq və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir.
Zəfər sənindir, Azərbaycan əsgəri! Haqq-ədalət səninlədir, bütün Azərbaycan arxandadır!
Esmira İsmayılova