Akademik, görkəmli dövlət xadimi Yusuf Məmmmədəliyevin Memorial muzeyi ilə online tanışlıq məqsədilə videoekskursiya hazırlanıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən bu muzeydə yerli və xarici qonaqlar  hər zaman yüksək səviyyədə qarşılanıb və görkəmli alimin həyatı, elmi, ictimai fəaliyyəti haqqında hərtərəfli  məlumatlar çatdırılıb.

Dünyada pandemiya elan edilən COVID-19 virusunun yayılması səbəbindən Mədəniyyət Nazirliyinin muzeylərin online şəkildə fəaliyyəti üzrə hazırladığı tədbirlər planına əsasən, Y. Məmmmədəliyevin Memorial muzeyi də hal-hazırda online fəaliyyət göstərir.

İnstitutun direktoru,  akademik Vaqif Abbasovun rəhbərliyi ilə muzeydə ziyarətçilərlə təmasları qiyabi şəkildə davam etdirə bilmək üçün müvafiq şərait yaradııb. Bununla əlaqədar olaraq muzeyin direktoru, kimya elmləri doktoru, professor Reyhan Əliyevanın bələdçiliyi ilə muzeylə yaxından tanışlıq məqsədilə geniş videoekskursiya hazırlanıb. Videoekskursiya ilə göstərilən linklərdə https://www.youtube.com/watch?v=4RZS-e-MPbI və https://www.youtube.com/watch?v=DomxPwBE6p4&t=612s tanış olmaq olar. Bu videoekskursiyanı online izləyən tamaşaçılar müasir və nəfis şəkildə qurulan muzeyin zalları, eksponatları, müharibə dövrünü, insanın kosmosa ilk uçuşunu, alimin elmi kəşflərini, misilsiz nailiyyətlərini nümayış etdirən maketləri, tabloları canlı izləyə bilərlər.

Bənzər yazılar