Dərc olunub: 09.04.2020

“Dünyanın hər yerində təhsil kreditləri verilir”.

Mektebgushesi.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən deputat Anar İsgəndərov deyib.

Deputat qeyd edib ki, artıq tələbələrin də həmin kreditlərdən qeyd-şərtsiz istifadə etməsinin zamanı çatıb. Bunun üçün Azərbaycanın imkanı var:

“Bakı Dövlət Universitetinin yataqxanaları istismara yarasız olduğu üçün söküldü. Onların yerində yeni yataqxanaların tikintisinə başlansa da, yarımçıq qalıb. Çox istərdim ki, yataqxanaların tikintisi başa çatdırılsın”.