Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbələrinin istehsalat təcrübəsi keçməsi ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi və #evdəqal kampaniyası ilə əlaqədar qeyri-müəyyən müddətədək dayandırılıb.
ADNSU-dan Mektebgushesi.az-a bildirilib ki, 2019-2020-ci tədris ilində universitetdə IV kurs tələbələrinin istehsalat təcrübəsi fevralın 17-dən başlanıb və mayın 24-dək davam etməsi nəzərdə tutulmuşdu. İstehsalat təcrübəsinin bərpa olunmasına dair əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar sosial təcrid tədbirləri çərçivəsində 2020-ci il martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.