Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) əməkdaşlıq etdiyi müəssisələrin interaktiv xəritəsini hazırlayıb.
AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, xəritədə 205 şirkətin ünvanları, əlaqə vasitələri və digər məlumatları qeyd edilib. Universitetin bütün fakültələrinin tələbələri təcrübə keçəcəkləri müəssisələrin ünvanlarını xəritə vasitəsilə asanlıqla tapa bilərlər.