Dərc olunub: 20.12.2019

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bahman Amaninin İrana səfərinə dair müşavirə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirlib ki, Hamlet İsaxanlı Culfa, Xoy, Təbriz və Marağa şəhərlərində keçirilmiş görüşlərin nəticələrindən danışıb. Professor qeyd edib ki, Xəzər Universitetinin Avropa və Türkiyə universitetləri ilə geniş əlaqələri olduğu halda, İran universitetləri ilə əlaqələri zəifdir və bu sahədə tədbirlər görülməlidir. Professor, həmçinin Azərbaycan, Türkiyə və İran universitetləri arasında üçtərəfli əlaqələrin yaradılmasının mümkünlüyünü və bunun böyük səmərə verəcəyini söyləyib.

Sonda Hamlet İsaxanlı İran universitetləri ilə əlaqələrin genişləndirilməsinə aid fikirlərini bildirib və bununla bağlı təkliflər hazırlamağı tövsiyə edib.

Bənzər yazılar