Dərc olunub: 05.11.2019

Gürcüstanın Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Tamar Sulukhia Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, rektor, professor Ədalət Muradov ilə görüşdə Azərbaycan Dövlət İqtisad və Tbilisi Dövlət universitetləri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılıb.