Dərc olunub: 05.11.2019

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlərin iştirak etdikləri görüşdə C.Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Nazir müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil naziri müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.