Mektebgushesi

Azərbaycanda müəllimlərin diaqnostikası aparılacaq

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq. Mektebgushesi.az -ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Təhsil naziri Ceyhun Bayramovun əmrində nəzərdə tutulur. Əmrdə qeyd olunub ki, 2014-cü […]

ADNSU-da kitab təqdimatı keçirilib

Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində KTF-in “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirovun müəllifi olduğu kitabların təqdimatı keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Azİİ e- Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir iştirakçılarını salamladıqdan sonra kitab evi və onun elektron resursları barədə məlumat […]

Bu məhsulları bir-biri ilə qarışdırmaq olmaz

 Bir-birini tamamladığını zənn etdiyimiz və unudulmaz dad palitrası yaradan məhsullar zərərli imiş. Bu barədə “Komsomolskaya pravda”ya həkim, endokrinoloq-diyetoloq Yekaterina İvannikova danışıb.İlk növbədə kakao ilə südün qarışığını unutmaq lazımdır. Kakaonun tərkibində olan otqulağı turşusu kalsiumu həzm etməyə imkan vermir. Bu cür kombinasiya sidik daşı xəstəliyindən əziyyət çəkən insanlara da əks göstərilib.Həkim cem və ya mürəbbə ilə […]

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

3-4 dekabr 2019-cu il tarixlərində doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək. Elmi konfransda gənc tədqiqatçıların təbiət, texnika, sosial-humanitar elmlər, iqtisadiyyat istiqamətləri üzrə məruzələri dinləniləcək.  Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını […]

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, […]

BSU-da maarifləndirici seminar keçirilib

Noyabrın 5-də Gənclər və İdman Nazirliyinin, Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə “Milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, bugünki tədbir aktual mövzuya […]

Elvin Bədirov: Repetitorluqla məşğul olan müəllimlərin bir çoxu yararsızdır

“Repetitorluqla məşğul olan müəllimlərin arasında xeyli sayda az məlumatlı, tədrisə peşəkar yanaşma göstərə bilməyən və yeniliklərlə ayaqlaşmayan kadrlar var” Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elvin Bədirov deyib. Onun sözlərinə görə, yeni qaydalarla təşkil olunan imtahanlar hazırlıqlı şagirdlər üçün o qədər də çətinlik yaratmayıb: “Bu ildən həyata keçirilən yeni […]

Azərbaycan Universitetində mədəniyyət tədbiri: Çin Günü

Azərbaycan Universitetində “Çin Günü” adlı mədəniyyət tədbiri keçirilib. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Çin dili, mədəniyyəti və ənənələrinin təqdimatı olub. Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində ali məktəbin elmi işlər üzrə prorektoru, […]

Daha 3 məktəbli qızıl medal qazanıb

Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda parlaq uğurlar qazanıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal […]

AzMİU-da beynəlxalq konfrans işə başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Radiasiya və kimyəvi təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb. AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, konfrans Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri, texnika üzrə elmlər doktoru, professor, polkovnik Həbib Ocaqovun 80 illik yubileyinə həsr edilib. Tədbirdə insan sağlamlığı və ətraf mühit üçün yaranan risklərin […]

UFAZ-da Cənubi Qafqazın əsas nəqliyyat mərkəzləri haqqında mühazirə oxunacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) noyabrın 7-də Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin müəllimi, memar Fəridə Qasımova “Bakı – Cənubi Qafqazın ən böyük tarixi nəqliyyat mərkəzi” mövzusunda mühazirə oxuyacaq. UFAZ-dan Mektebgushesi.az-a bildirilib ki, mühazirədə Cənubi Qafqazın əsas nəqliyyat mərkəzlərinin – Bakı Dəmir Yolu Vağzalı, Hava Limanı, Dəniz […]

Aİİ-də TGT sədrliyinə seçkilər başa çatıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatı (TGT) sədrliyinə seçkilər başa çatıb. Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova tədbir iştirakçılarını salamlayaraq, TGT sədri seçilən tələbəni təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. F.Yusifova İnstitutda potensiallı tələbələrin çox olduğunu, onların TGT layihələrində, təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. Qeyd edib […]

BMU-nun tələbələri pedaqoji və istehsalat təcrübələrində olublar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri 2018/2019-cu tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrini uğurla başa vurublar. Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültəsi, eləcə də Tərcümə (ingilis dili) ixtisası üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 442 nəfər, Pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 325 nəfər təşkil edib. Mühəndislik və İqtisadiyyat ixtisaslarında təhsil alan tələbələr Milli Məclis, […]

İki rayonda səyyar qəbul keçiriləcək

Noyabrın 8-də paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. […]

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Dizayn təfəkkürü” dərsində robotlardan istifadə edilib. Mektebgushesi.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində “Dizayn təfəkkürü” dərsini tədris edən Rüfət Əzizov bu cür dərslərin Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində […]