Mektebgushesi

“Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar keçirilib. ADPU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət […]

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb. Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin […]

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalı (www.e-derslik.edu.az) ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Nazirlikdən Mektebgushesi.az -a bildiriblər ki, sentyabr ayı ərzində portala giriş sayı 332 min 130-a, səhifələrə ümumi baxış sayı isə 2 milyon 748 min 408-ə çatıb. Cari ilin ilk 9 ayı ərzində e-derslik portalına […]

Bakıda keçiriləcək təhsil sərgisində Avropa İttifaqı ilk dəfə stendlə təmsil olunacaq

Sabah-oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “Eduexpo” sərgisi açılacaq. Mektebgushesi.az xəbər verir ki, sərgi ilə bağlı keçirilən mətbuat konfransında builki sərgidə ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendinin olacağı bildirilib. Qeyd olunub, sərgidə dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edəcək. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir. Caspian Event Organisers […]

Tələbələrə xüsusi güzəşt təklif olunur – Ekspertlərin rəyi

Millət vəkili: “Təhsil Nazirliyi bu məsələni həll etməlidir” Bu yaxınlarda Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbə o ölkənin təhsil sistemini Azərbaycanın təhsil sistemi ilə müqayisə etmişdi. Tələbələr Türkiyədə onlar üçün minimum qiymətə yemək talonları, ən ucuz şəkildə nəqliyyat xərcləri və xüsusi güzəşt kuponları olmasından danışaraq, bu qaydanın Azərbaycanda da tətbiqinin vacibliyini qeyd etmişdilər. Belə […]

UNEC Yunanıstanda ilk Məzun Günü keçirdi

UNEC ilə Qərbi Makedoniya Universiteti arasında imzalanan beynəlxalq əməkdaşlıq memorandumuna əsasən birgə magistr proqramı 3 ildir davam edir. Birgə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki universitet arasında akademik mübadilə və […]

Millət vəkili Məlahət İbrahimqızı ADU-nun müəllim və tələbələri ilə görüşüb

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla rayonun millət vəkilini Universitetdə salamlayıb və bu görüşlərin adət halını almasını diqqətə çatdırıb. Rektor bu görüşün əhəmiyyəti və ölkəmizdə son dövlərldə baş verən […]

“Dünyanın təhsil mənzərəsi” – Yaponiya təhsili

Birmənalı olaraq demək olar ki, Yapon elminin, texnologiyasının, sənayesinin inkişafının təməlində onun təhsil sistemi dayanır. Deyə bilərsiniz ki, bunu bütün ölkələrə şamil etmək olar. Doğrudur, bu, belədir. Amma Yapon təhsilinin fərqli xüsusiyyətləri var. Ən başlıca fərq, deyərdim ki, bağçalardan başlanan nizam-intizamdır. Heç kəs onları nizam-intizamlı olmağa sövq etmir. Sistem elə qurulub ki, başqa cür olmaq mümkün də […]

Təhsil müəssisələrində Nəsimi irsi ilə bağlı müsabiqə keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı […]

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) AMEA “Türkologiya” jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi – Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın […]

Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən İslam dünyasının elm və mədəniyyət tarixçisi professor Fuat Sezginin həyat və yaradıcılığına həsr olunmuş “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib. Mektebgushesi.az xəbər verir ki, bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat […]

“Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” adlı təlim keçirilib

Əli Cəfərov: ”Bu yaş dövründə yeniyetmə gənclərimiz təkcə öz xalqının tarixi, qəhrəmanları, mədəniyyəti, ədəbiyyatı, coğrafiyasını deyil, eyni zamanda digər xalqların da ədəbiyyatı və coğrafiyasını öyrənməyə meyillənirlər”. Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəh Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi […]

Gənclər Fondu AzMİU-nun 10 tələbəsinin təhsil xərclərini ödəyəcək

Azərbaycan Respublikasının Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə keçirdiyi növbəti müsabiqənin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 10 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək. AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, Memarlıq fakültəsinin tələbələri Elməddin Qasımzadə, Xəyalə Salamova, Nuranə Babazadə, Fatimə Babayeva, Lalə Məmmədli, […]

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsinin təşkilində məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrdə praktik bacarıqları da inkişaf etdirməkdir. Tələbələrə ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının […]

Alimlər Venerada okean izləri tapıblar

Alimlər “Venera-Ekspress” zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və “Yer iqlimi” mövcud imiş. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə […]