Vətənpərvərlik mövzusu Azərbaycan maarifçilərinin əsərlərində mühüm yer tu­tur. «Ümumiyyətlə, romantiklərdə vətən məhəbbəti çox qüvvətli» olduğu ki­mi, Hüseyn Caviddə də bu ideya güclü olmuşdur.

Vətənpərvər şair H.Cavid özünün məs­lək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətən­pər­vər­lik ideyasını yeni forma, yeni məzmunla ifadə etmişdir. O, və­tən­pər­vər­lik haq­qın­da söy­lənilən fikirləri daha da zənginləşdirmiş, sözün əsl mənasında onu ən yüksək mər­hə­­ləyə qaldırmışdır. Hüseyn Cavidin vətənpərvərlik ideyası demokra­tizm nöqteyi-nə­zə­­rindən də düzgün istiqamətləndirilmişdir. Çünki o, həmişə ic­ti­mai mübarizədə məh­kum siniflərin tərəfində olmuş, onda zəhmətkeş siniflərə də­rin rəğbət, vətənin mü­­tərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiy­yətlərini yüksək qiy­mətləndirməklə yanaşı, istismarçılara, hakim siniflərə qarşı dərin nifrət hissi çox qüvvətli olmuşdur. Bu keyfiyyətlər arzu və ideallarının sinfi sə­ciy­yə­si­ni müəy­yən­ləş­dir­­məkdə, vətənpərvərlik ideyasını aydınlaşdırmaqda rəhbər rol oy­na­yan de­mok­ra­tizm təliminə uyğundur. Hüseyn Cavidin vətən­pər­vər qayəli əsər­lə­ri­nin pedaqoji cə­hət­dən tədqiqi və təhlili sübut edir ki, onun və­tən­pərvərlik ide­ya­ları zo­rakılığa, is­tis­ma­ra, ədalətsizliyə, cəhalətə, nadanlığa qar­şı çevrilmiş, doğ­ma və­tə­nin, xalqının ta­le­yi və həyatı ilə bağlı olan, sinfi səciyyə eti­ba­rilə mü­tə­rəq­qi məna da­şı­yan həqiqi və­tən­­pərvər duyğulardır.
H.Cavidin 1907 və 1917-ci illərdə «Vətən» mövzusuna müraciət etməsi məhz döv­rün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edil­mə­si («Füyuzat», «Açıq söz», «Qardaş köməyi» və s.) onu sübut edir ki, şair-müəl­­­lim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhə­miy­yət vermişdir. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik H.Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əmək­çi insanlarına, di­linə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə və­tən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından iba­rətdir. Lakin o, əsər­lə­rin­də sadəcə tərənnüm yolu ilə getməmiş, bu müqəddəs his­sin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çı­xır: Bəs H.Cavid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı me­tod­lar­dan istifadə etmişdir?
H.Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təh­li­li xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müa­sir tə­ləb­lərə tamamilə uyğun gəldiyini sübut edir.
                      Gülüşür pəmbə, al, bəyaz güllər,
                     Ötüşür hər tərəfdə bülbüllər.
                      Ninni söylər küçük sular xəndan,
                      Görünür hər tərəfdə bir orman.
                      Qarlı, qartallı bir yığın dağlar,     
                      Ta uzaqlarda bəmbəyaz parlar.
                      …Burda qızğın günəş də pək munis
                      Gecələr büsbütün nədimeyi-hiss…
                      Hələ Kür nəhri başqa bir aləm!
                      Gecə mehtabə qarşı pək həmdəm 
            Yaxud:
                      Bən yetişdim atəşlə su
                      Öpüşdüyü bir ölkədən
mis­raları ilə başlayan şeirlərdə odlar diyarı Azərbaycan özünün zəngin təbiəti, dum­du­ru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gül­lə­ri, ağac­la­rı, nəhrlər, hətta kiçik suları,  gözəl ormanları, əməksevər insanları  ilə hər bir ye­ni­yet­mə və yaşlı oxucunun gözü qarşısında canlanır.
H.Cavidin «Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə» şeiri gənclərin pe­da­qoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsi­dir. Şair bu şeirdə hər bir namuslu şəxsi öz vətənini sevməyə, onu qorumağa ça­ğı­rır:
                     Mayeyi-iftixarı ər kişinin
                     Vətən uğrunda bəzli-himmətdir.
                     Lafə baqmazlar, iştə hər kişinin
                     İşi ayinəsində müsbətdir.
                     Qeyrət istər ki, can nisar edəlim,
                     Mədəniyyətlə iftixar edəlim.
Cavid o zamankı  vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, vətən öv­lad­larını ana vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Və­tənin mə­dəni, ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin axırları – XX əsrin əv­vəl­lə­ri) və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Vətən onun nəzərində «zəvalə uğramış», «böyük bə­lalara düçar olmuş», «ayaq altında payimal olmuş», «dərmansız dərdə giriftar ol­muş» kimi görünürdü. Əl­bət­tə, H.Cavidin «zavallı vətən» deməsi rus im­pe­ri­ya­sı­nın Azərbaycanda amansız su­rət­də apardığı mənfur milli siyasətdən doğurdu. Ümumiyyətlə, bütün türk qövmünə qar­şı Rusiya imperiyası pis nəzərlə baxır və «istər çeçen, istər tatar, hər ikisi bir şey­tan­dır. Hər ikisini də yer üzündən silmək gərəkdir. Tatar, türk, pers, çeçen və s. gə­rək­siz zir-zibillərin əlindən biz rus milləti çox qanlar udmuşuq. İndi böyük Rusiyada on­lardan ötrü yer yoxdur» – deyirdi. Buna rəğmən məktəblərimizin vəziyyəti olduqca ağır idi. Azərbaycanın hər bir gu­şəsində fəaliyyət göstərən milli məktəblərimiz ya qa­pa­dı­lır, ya da adı də­yiş­di­ri­lə­rək «Rus-tatar» məktəbi adı altında təsis edilirdi. H.Cavid bu acınacaqlı vəziy­yət­dən bəhs edərək yazırdı: «Naxçıvan on beş il əvvəl cəhalət uy­qu­sun­dan dik­sin­mək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb tə­sis etdi, mər­hum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irə­li!.. Hə­rəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, mil­lətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-ol­maz) düs­turi-cəsuranəsi sərməşq (nümunə, örnək – K.C.) ittixaz (qəbul etmə, dərk etmə – K.C.) edilmişdi. Öyrənmək, bilmək, dev adamları ilə irəliləmək, əf­ka­ri (fikirlər – K.C.) milliyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qədər da­vam etdi. Sonra zavallı Sidqi getdi (ölümünə işarədir – K.C.), məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapan­dı­mı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gö­zəl bir təhəssür, həzin bir arzu ru­hu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iy­rən­dirdi. Xalqa böyük bir dərd oldu.
Məktəbdə əvvəldən hökumət barmağı var idi (rus imperiyası nəzərdə tutu­lur – K.C.). Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavall sönər-sönməz istib­da­dın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün də­yiş­di. Nə­ha­yət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə da fə­ra­ğə­txanəyə təb­dil etdi». H.Cavid vətənin bu dözülməz hala sa­lın­dığını görərək:
                     Bana gəl! Gəl bana, zavallı vətən!
                     Hiç unutmam səni bu halilə bən.
deyirdi.
H.Cavid qeyd edir ki, hər bir vətənpərvər şəxs vətənin, xalqın azad, xoş gə­lə­­cəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən öv­lad­larından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə göz tikənlərə layiqincə cavab verən igid, qəh­rə­­man mübariz  oğullar az deyil. O, «Səyavuş» əsərində yazırdı:
                     Yurdumuzu çignəyən
                     Sayğısız hər kim olsa.
                     İnan ki, çoq sürmədən,
                     Diz çökəcək qarşıda.
                     Bizdə dəmir biləklər,
                     Çəlik qollar az deyil;
                     Saldırıcı, hünərvər
                     Mərd oğullar az deyil.
Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, mək­tə­bə, tə­lim və tərbiyəyə həsr edən yüksək amallar sahibi H.Cavid istər doğma vətə­nin­də, is­­tər­sə də onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana ki­mi, ata kimi sev­miş, onun nəfəsiylə, oduyla isinmişdir. Şair vətən övladlarına de­yir ki, «bu vətən bir sevimli validədir». Hələ vətənimiz Azərbaycanda ulduz par­la­yanda, Qərb əhli ca­hil­lik dövrü keçirirdi. Bəs, necə oldu ki, indi Azərbaycan tənəzzülə uğra­dı!?
                    Ey vətən!Səndə parlayanda ziya 
                    Büsbütün əhli-qərb cahilimiş.
                    Ştmdi bulmuş vüqu əksi-qəza,
                    Əcəba bu nasıl təqafilimiş?
                    Kim təsəvvür edərsə bu hali,
                    Varlığı hissdən olur xali.
H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef ziyayılarda gö­rə­­rək bədbinləşirdi. Lakin gələcəyə nikbin gözlə baxan şair vətənin xoşbəxt sa­ba­hı­na inanır və bu inamını belə ifadə  edirdi:
                    Hər şita bir baharı mevcib olur,
                    Vardır  əmniyyətim bu hala bənim,
                    Yenə onlar ən əski halı bulur,
                    Heç maraq etmə, nazənin vətənim.
Vətəni sonsuz məhəbbətlə sevən, vətən eşqiylə alovlanan H.Cavid onun se­vin­cini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında «Salik» təxəllüsü ilə yazdığı bir qəzəlində vətənə olan odlu məhəbbətini, alovlu sev­gisini poetik dildə belə izhar edirdi:
                    Olubdu qəlbimə hakim mənim məlali-vətən,
                    Başımda şur ilə məskən salıb xəyali-vətən.
                    Vətən, vətən deyərək hər diyara səs salıram.
                    Düşərmi bircə dilimdən mənim məqali-vətən?
                    Əgər sual edələr Salikin xəyalı nədir?
                    Deyin həqiqəti, ancaq olub məali-vətən.
H.Cavid qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən xi­las olması yollarını gənc nəsildə görür və gənclərdə axtararaq «Topal Teymur» əsə­rində fa­teh Teymurun dilindən xitabən  qeyd edirdi: «Avropalıların dilləri başqa, yürəkləri da­ha başqadır. Hər halda məmləkətimiz as­lanlar yurdu, qartallar yuvası olaraq qal­ma­ma­lı. Bəlkə dünyada ən parlaq ma­arif və mədəniyyət ocağı, ən zəngin sənaye və ti­ca­rət mərkəzi olmalıdır. Əvət, qoy düş­manlarımız görsünlər ki, türk evladı yalnız ba­­sıb-kəs­məkdən deyil, yaşamaq və yaratmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yap­maq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yal­nız mədəniyyətə doğ­ru bir adım, gələcək üçün bir başlanğıcdır. Bizim baş­la­dıq­la­rı­­mı­zı gələcək nə­sil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzə­rində möh­təşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, an­caq sar­sılmaz gəncliyə aiddir».
Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mə­nası var­­dır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, və­tə­nə xidmət et­mək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə döyünürdü. Şair «ayaq altında pa­mal olmuş» vətənin dərdlərinə acıyır, dəhşətə gəlib belə fəryad qoparırdı:
                      Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman;
                     … Çoq əzildin, yetər, ər oğlu, ər ol!
                     Çırpınıb çareyi-xilas ara, bul!
Şair bu imtahanın uzaqda olmadığını görür və inanırdı ki, hər hansı bir ye­nil­məz qüvvə meydana atılıb həyatda hökm sürən rəzalətlərə son qoyacaqdır.
                    Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
                    Çoqlar səni zənn etsə də aciz,
                    Sən yüksələcək, parlayacaq, parladacaqsın,
                    Hər qütbə şətarət qatacaqsın.
Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin tək­milləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətən­pər­vər şairin  yaradıcılığına verilən yüksək qiymətdir. 
Fikrimizi Hüseyn Cavid irsinin əbədi var olmasında tək səbəbkar ümumilli li­der Heydər Əliyevin fikri ilə tamamlamaq istəyirik. Ulu öndər Heydər Əliyev  Hü­seyn Cavid və Cavid irsi ilə bağlı  belə deyirdi: «Hüseyn Cavid XX əsrdə Azər­baycan ədə­­­biyyatının, mədəniyyətinin inkişaf etməsində mi­­­­silsiz xidmətlər göstərmişdir. Hü­seyn Cavid Azər­­­­baycan xalqını, onun mədəniyyətini, ədəbiyya­tı­­nı, elmini yüksəklərə qal­dıran böyük şəxsiy­yət­lər­dən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azər­bay­can xal­qının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hü­­seyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azər­baycan xalqının mə­də­niy­yə­ti­ni yüksəklərə qal­dır­maqdan, xalqımızı azad, müstəqil xalq etmək­dən ibarət olubdur. Onun bütün yaradıcılığı Azər­bay­can xalqını milli azadlığa, müstəqilliyə ça­ğı­rıb­dır. O, hə­mişə millətini, xalqını həddindən artıq sev­miş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur».

Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Bənzər yazılar