Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2019-2020-ci tədris ilində 660 bal toplayaraq ADPU-nun Şəki Filialının“Xarici dil (ingilis dili) müəllimliyi” ixtisasına qəbul olunmuş Elcan Səlimli və onun valideyni ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin yeni təyin olunmuş prorektoru, dosent Şahin Pənahov da iştirak edib.

Universitetdən Mektebgushesi.az verilən məlumata görə, rektor Cəfər Cəfərov gənci təbrik edərək ona təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıb. Bildirib ki, müəllimlik şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edir. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir.

Səmimi və mehriban şəraitdə keçən görüşdə Elcan Səlimli göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildirib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bənzər yazılar