Macarıstanın Eötvös Lorand Universitetinin doktoranturasında təhsil alacağam. Bu ölkədə doktorantura təhsili almaq mənim arzum idi. Çox sevinirəm ki, istəyimə nail olmuşam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstanda təhsil almaq hüququ qazanmış Nigar Talıbova söyləyib.

Nigar Talıbova Bakıda anadan olub. 2014-cü ildə Gəncə Dövlət Universitetini bitirib. Sonra Macarıstanda magistratura pilləsində təhsil alıb.

Eötvös Lorand Universitetinin doktoranturasında ətraf mühit elmləri ixtisası üzrə təhsilini davam etdirəcək Nigar Talıbova Macarıstanla müqayisədə Azərbaycanda bərpa olunan enerji siyasəti və onun tətbiqi üzrə araşdırma aparacaq.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan Nigar Talıbova gənclərə xüsusi diqqət və qayğı göstərildiyini, onların təhsilinə geniş imkanlar yaradıldığını bildirib.

Bənzər yazılar