Ümumiyyətlə, 1980-ci ilə qədər Sinqapur məktəbliləri başqa ölkələrin dərsliklərindən istifadə ediblər. Ölkənin öz dərslikləri olmayıb. Bu problem 1981-ci ildən həll olunmağa başlayıb. Həmin il Təhsilin İnkişafı İnstitutu ölkənin pedaqoqları qarşısında dərsliklərin hazırlanması kimi mühüm tapşırıq qoyub. Pedaqoqlar dərsliklərlə yanaşı, fənlərin tədrisi metodlarını da işləyib hazırlamalı idilər və bu, ancaq Sinqapura aid olmalı idi.

Elə bir metodikanın işlənib hazırlanması tələb olunurdu ki, yüksək keyfiyyətli nəticənin əldə olunması üçün çox gözləməyə ehtiyac qalmasın. Bu, çətin bir tapşırıq, ümummilli məsələ idi. Ən yaxşıları axtarmaq, araşdırmaq, amma özünəməxsus olanı yaratmaq…Beləliklə Sinqapurlu pedaqoqlar dünya səyahətinə çıxırlar. Sinqapurun təhsil idarəediciləri dünya təcrübəsini öyrənmək üçün ən yaxşı müəllimləri, təhsil işçilərini seçirlər. Görüm-baxımlılıq rol oynamır. Bir halda ki, sən ümummilli problemin həllinə məsulsan, səni öz mənafeyin deyil, dövlətin, xalqın mənafeyi, ictimaiyyətin qazanacaqları düşündürməlidir. Yalnız belə olan halda xalqa faydalı olan əməllər ərsəyə gətirmək mümkündür.

Sinqapur təhsilinin ən böyük uğuru, onun məhz xalqın, təhsilin, elmin mənafeyənə uyğun təməllər üzərində qurulmasıdır. Əgər dövlətin və millətin mənafeyi nəzərə alınmasaydı, təməlinə kiçicik saxta bir kərpic qoyulsaydı, bataqlıqda dünyaya öz qaydalarından bəhs edən bir təhsil sistemi yaratmaq olmazdı…

Bənzər yazılar