AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri ölkədə baş verən təbii fəlakətləri iqtisadi-coğrafi istiqamətdə tədqiq edirlər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, respublika ərazisində təbii fəlakətlər, onların nəzəri və metodoloji əsasları, başvermə səbəbləri, vurulan ziyanlar və qarşısının alınma tədbirləri tədqiq olunub. Həmçinin təbii fəlakətlərin sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilib, irimiqyaslı xəritələr işlənilib. Elmi araşdırmalar davam etdirilir.

Bənzər yazılar