Mən bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etdim. Müsabiqədə namizədlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsi üçün bütün lazımi şərait yaradılıb.

Bu fikri AZƏRTAC-a müsahibəsində müsabiqə iştirakçısı Rəxşəndə Əlimərdanova söyləyib. Müsabiqənin test imtahanlarında 55 bal topladığını bildirən Rəxşəndə Əlimərdanova deyib: “Balakən rayonunda anadan olmuşam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Masallı rayonunda işləmək üçün vakant yer tutmuşam”.

Müəllimlik peşəsinin həm şərəfli, həm də məsuliyyətli peşə olduğunu qeyd edən R.Əlimərdanova öz fəaliyyətini məktəblilərin təlim-tərbiyəsinə həsr etmək arzusunda olduğunu vurğulayıb.

Bənzər yazılar