Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayevin və departamentin müəllimi Zibər Hüseynovanın müəllifi olduğu “Avropa İttifaqının tələbələrə simulyasiya oyunları vasitəsilə öyrədilməsi” layihəsi “Erasmus+ Jean Monnet Module” üzrə qrant qazanıb.
Qrant üçün bu il 1315 müraciətçi arasından 251 layihə qalib olub. Qrant ali təhsil müəssisələrində Avropa İttifaqı üzrə fənlərin tədrisini nəzərdə tutur. Modulun əsas məqsədi gənc tədqiqatçıları və alimləri Avropa İttifaqı ilə bağlı tədris və tədqiqata təşviq etmək və məzunların peşəkar karyerasına fayda verə biləcək xüsusi tədris fənlərini yaratmaqdan ibarətdir.