Mektebgushesi

Texnologiya Universitetinin III kurs tələbəsi dənizdə batıb

Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov dənizdə boğularaq dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Qeyd edilib ki, Fərman dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Allah rəhmət eləsin! 

Müəllimlik üslubu

“Öyrətmənin evi kitabxana, dövləti kiçik öyrəncilər, sazı, nəğməsi onların sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır” Tanınmış Azərbaycan pedaqoqu Sultan Məcid Qənizadə Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz  XXI əsrdə şagirdlərin maraq dairəsi, eləcə də öyrənmək istədikləri sahələr günbəgün artır və inkişaf edir. Şagirdlərin oyrənmək  istədikləri sahələr artdıqca öyrənmə və öyrətmə yolları, metodları da dəyişir.  “Zəmanənin […]

Tələbə köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Azərbaycanda tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.  Mektebgushesi.az  xəbər verir ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi […]

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. Mektebgushesi.az-in məlumatına görə, iyulun 21-27-də baş tutacaq mötəbər turnir 12 idman obyektində keçiriləcək. XV Avropa Gənclər Yay Olimpiya Festivalı Bakı Tennis Akademiyasında keçirilən tennis yarışlarından start götürüb. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar […]

Koreya təhsil standartlarına uyğun Peşə Təhsil Mərkəzinə tələbə qəbulu davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu davam edir. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 25-dək Mərkəzin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər. Müsabiqədə tam orta təhsilini başa vurmuş şəxslər iştirak […]

Azərbaycan Universitetinin iki tələbəsi təhsilini Almaniyada davam etdirəcək

Azərbaycan Universitetinin iki tələbəsi 2019/2020-ci tədris ilinin payız semestrində təhsilini Almaniyanın Koblenz Universitetində davam etdirəcək. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tərcümə ixtisası üzrə təhsil alan tələbələr Hüriyə Səlimova və Nurlan Vəlizadə “Erasmus+” mübadilə proqramı çərçivəsində seçim prosesinin bütün mərhələlərini uğurla keçərək bu universitetdən dəvət alıblar. Onlar cari ilin sentyabrında Almaniyaya yola düşəcəklər. Tələbələr təhsil aldıqları dövrdə […]