HACİ ZEYNALABDİN MARAĞAYİ (1838 – 1910) Cənubi Azərbaycanın Marağa şəhərində anadan olub.16 yaşında Qafqaza, daha sonralar isə Yalta şəhərinə gəlib. Rusiyada uzunmüddət yaşaması onun maarifçi dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Rus dilini, ədəbiyyatını, tarixini yaxşı bilirdi. A.S. Puşkinin əsərlərini yüksək qiymətləndirirdi.

O yazırdı: “Əlbəttə, bizə hər çür istehsalatı öyrənmək lazımdır. Bu isə elmsiz olmur. Elmi öyrənmək və inkişaf etdirmək üçün cəmiyyətdə bərabərlik və ədalət olmalıdır. Bunlar da söz azadlığı və müstəqil mətbuat olmadan mümkün deyildir.”

H.Z. Marağayinin yeganə əsəri 3 cilddə çap olunmuş “Səyahətnameyi İbrahimbəy” (İbrahimbəyin səfərnaməsi) kitabıdır. O bu kitabda İranın ictimai-siyasi vəziyyətini sadə, açıq və aydın surətdə təsvir etməklə bərabər özünün maarifçilik ideyalarını bəyan edir. 
Əsərdə kiçik bir parçanı diqqətinizə çatdırıram:
“Əziz oğlum, mən səninlə bağlı öz valideynlik borcumu yerinə yetirdim. Sənin ləyaqətli və işgüzar adam olmağın üçün sənə Ana dilindən başqa xarici dilləri, indi lazım olan elmləri öyrətdim.”

Bənzər yazılar