Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində “А2В6 tipli aşağıölçülü heterostrukturların epitaksiya üsulu ilə alınması və onların əsasında yarımkeçirici lazerlərin hazırlanması” mövzusunda elmi seminar keçirilib.

BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, seminarda Moskva Fizika Mühəndisləri İnstitutunun doktorantı Marat Butayevin mövzu üzrə məruzəsi dinlənilib. Onun

müasir üsullarla yarımkeçirici lazerlərin alınmasına həsr olunan məruzəsi maraq doğurub.

Elmi seminarda iştirak edən BDU-nun rektoru Elçin Babayev gələcəkdə xaricdə təhsil alan və çalışan həmyerlilərimizlə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Qeyd edək ki, Marat Butayev bakalavr təhsilini BDU-nun fizika fakültəsində, magistr təhsilini isə Moskva Fizika Mühəndisləri İnstitutunda alıb, elmi-tədqiqat işlərini Moskvada davam etdirir.

Bənzər yazılar