Mektebgushesi

Mərkəzi Elmi Kitabxana fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tədbir keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. MEK-dən mektebgushesi.az-a bildirilib ki, tədbir kitabxananın illik mülki müdafiə planına əsasən təşkil edilib. Tədbirdə mülki müdafiənin rəhbəri, MEK-in direktoru Leyla İmanova keçirilən məşqin mahiyyətindən danışıb. […]

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində “А2В6 tipli aşağıölçülü heterostrukturların epitaksiya üsulu ilə alınması və onların əsasında yarımkeçirici lazerlərin hazırlanması” mövzusunda elmi seminar keçirilib. BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, seminarda Moskva Fizika Mühəndisləri İnstitutunun doktorantı Marat Butayevin mövzu üzrə məruzəsi dinlənilib. Onun müasir üsullarla yarımkeçirici lazerlərin alınmasına həsr olunan məruzəsi maraq doğurub. Elmi seminarda iştirak edən […]

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu sabah başa çatacaq

Azərbaycanda tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu sabah başa çatacaq.  Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, elektron sənəd qəbulu iyulun 20-si saat 23:59-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə […]

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.  “Report” xəbər verir ki, sərəncamda deyilir:  “2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur. Akademik Məmmədağa Şirəliyev mühüm […]

BDU dünyanın 1000 nüfuzlu universiteti siyahısına daxil edilib

Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub. Universitetdən APA-ya verilən məlumata görə, “QS World University Rankings 2020”nin açıqlamasında BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən […]

Amerikada mətbuat tarixi və ya “Xəbərlər heç vaxt yatmır”…

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy Zərdabidən bəhs edən və eləcə də Azərbaycan mətbuatının inkişaf yolu haqqında çıxışlar çox olacaq. Maraqlı olar deyə, dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın […]

Paytaxtın məktəb məzunundan maksimum nəticə

Bu gün II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent – Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. Mektebgushesi.az […]

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edərək ixtisas seçimində iştirak hüququ qazanan abituriyentlərə xəbərdarlıq edib. Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. […]

II və III qruplar üzrə imtahan nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Mektebgushesi.az – a DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər. İmtahan nəticələri buradan tanış ola bilərsiniz. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin […]

Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında

Bakıda 21-27 iyul tarixlərində XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub. BŞTİ-dən Mektebgushesi.az-a verilən məlumata görə, seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər. […]

Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları – 100” medalı ilə təltif edilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif edilib. Mükafat ali təhsil ocağının rəhbərinə Milli Mətbuat Günü ilə əlaqədar universitetdə təşkil olunan mərasimdə təqdim olunub. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin birinci katibi Rövşən Cəfərov medala layiq görülməsi […]

ADU-da media nümayəndələri mükafatlandırılıb

İyulun 19-da Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıb. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul – Milli mətbuat günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib. ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü […]

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

İyulun 20-də tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu yekunlaşır. Elektron sənəd qəbulu prosesi  saat 23:59-dək davam edəcək. Mektebgushesi.az xəbər verir ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Təhsil […]

Adil Vəliyev: 150 ballıq ixtisaslar ləğv olunmalıdır Limit ən azı 250, 300 baldan başlamalıdır”

“Fikrimcə, 150 ballıq ixtisaslar ləğv olunmalıdır. Necəki tibbi ixtisaslara yalnız 550-dən yuxarı bal toplayan abituriyentlər qəbul oluna bilir, digər ixtisaslar üzrə də yaxşı mütəxəssis yetişdirmək üçün müəyyən bal limiti qoyulmalıdır. Limit  ən azı 250, 300 baldan başlamalıdır” Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, 150 ballıq ixtisasların müsbət cəhəti sadəcə […]

Rusiyalı tələbələr BSU-da

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət […]