Mektebgushesi

Müəllimlərin işə qəbulunun 10-cu günü – VİDEOREPORTAJ

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günüdür. Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, bu gün ibtidai sinif, fiziki tərbiyə və təsviri incəsənət müəllimi olmaq istəyən 3000-dən çox namizəd imtahan verib. Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak […]

37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasında təhsil almaq imkanı qazanıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.   Bu barədə Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov özünün sosial şəbəkədəki hesabında bildirib. Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən […]

Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya hazırlanır

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır. Mektebgushesi.az-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib. AMEA prezidenti elmin yeni inkişaf […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Açıq qapı” günü təşkil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən “Açıq qapı” günündə abituriyentlər və onların valideynləri ilə görüş təşkil edilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi […]

Paytaxtda dağılmaqda olan bağça, valideynlər narahatdır

Redaksiyamıza Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən 283 saylı körpələr evi uşaq bağçasının binasının bərbad vəziyyətdə olması ilə bağlı məlumat daxil olub və bildirilib ki, bağçaya təxminən hər gün 20-30 uşaq gedir.Həmçinin qeyd edilib ki, bununla bağlı sakinlər illərdir ki, rəsmi qurumlara müraciət etsələr də, bağça təmir edilmir, valideynlər isə məcburiyyətdən uşaqlarını sözügedən […]

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub -FOTOLAR

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Mətbuat gümü münasibətilə jurnalistləri təbrik edərək, media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib. Mektebgushesi.az xəbər verir ki, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinə ADNSU-da görülən işlərdən, elm və təhsildə həyata keçirilən islahatlardan, həmçinin […]

Cəsarət Valehov: “ Bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib:”

“Müəllimlərin işə qəbul olması üçün bu il 7000-dən artıq vakansiya çıxarılacaq” Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib: Cəsarət Valehov bildirib ki, bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib: “Artıq 10-cu gündür ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir. Bu günə qədər təxminən 28000 […]

BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində olub. BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib. Səfir Elxan Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universitetində iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, […]

Peşə Təhsil Mərkəzinin tələbələri kulinariya çempionatında iştirak edirlər

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin usta və tələbələri Dünya İslam Kulinariya Konqresi çərçivəsində keçirilən II Beynəlxalq İslam Kulinariya Çempionatında iştirak edirlər. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlim ustası Xanım Mirzəyeva, aşpaz və qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələrdən Rafiq Əşrəfov, Rəna Orucova, Eldəniz Şahbazov və İndira Muxamədiyeva bu yarışlara […]

Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin nüfuzlu ali təhsil […]

Sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi problemləri müzakirə olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi problemləri müzakirə olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin əməkdaşı Lalə Zeynalova “Sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial şəbəkələrin köməyi ilə fiziki qüsurlu insanlar həmyaşıdları ilə qarşılıqlı əlaqə qura bilmək, təhsil üçün lazım […]

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir. İmtahan avqustun 18-də kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İyulun 18-i saat 14:55-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 57 (BA – 14, BB – […]

Rezidenturaya qəbul olmaq üçün 62 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Rezidenturaya qəbul olmaq üçün namizədlərin ixtisas seçimi davam edir. Namizədlər müsabiqədə iştirak etmək üçünhttp://eservices.dim.gov.az/erizerez/ixtisas1/ internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçimi iyulun 22-dək aparılacaq. İyulun 18-i saat 13:05-ə olan məlumata görə, 62 namizəd (Azərbaycan bölməsi – 58, rus bölməsi – 4) ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız “Namizədin elektron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq […]

ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb

2019-cu ilin 9-18 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi başa çatıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuranları səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. Beynəlxalq Yay Məktəbi iştirakçılarının Qəbələ rayonuna […]

Məhəbbət Vəliyeva: “Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır”

“Təəssüf ki, bu gün təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır”. “Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O xatırladıb ki, 2014-cü ildən müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılır: “Bu qiymətləndirmə ilk dəfə idi keçirilirdi və məqsəd də o idi ki, hazırda təhsil sistemində çalışan işçilərin ixtisas bilikləri və metodikanı bilmə […]