Mektebgushesi

Etibar Əliyev: AMEA gənc və orta nəslin nümayəndələrini namizəd olaraq irəli çəkməlidir

AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün elan edilən seçkilərə sənəd qəbulu başa çatıb. Direktor vəzifəsinə namizədlərlə bağlı məlumatlar əvvəlcə müvafiq bölmələrdə yaradılan ekspertiza komissiyalarında təhlil olunacaq. Bu məlumatlar tam araşdırıldıqdan sonra tanış olmaq üçün bölmə üzvlərinə təqdim ediləcək. Sonra AMEA-nın müvafiq bölmələrində seçki təyin olunacaq. Bəs, AMEA-nın direktor vəzifəsinə seçimlərində hansı qaydalar dəyişdirilməli və […]

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

İyulun 16-da Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından […]

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına […]

Kolleclərə qəbul üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a verilən məlumata görə, qabiliyyət imtahanları isə 18 iyul – 4 avqust tarixlərində keçiriləcək. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan […]

Məleykə Abbaszadənin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaş qəbulunun tarixi dəyişdirilib.  Mərkəzdən Mektebgushesi.az-a verilən məlumata görə, Şabran şəhərində keçirilməsi planlaşdırılan qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin iştirakı nəzərdə tutulur.  Qəbul iyulun 23-ü saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (H.Əliyev pros., 60a) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin […]

Bu il ötənilki keçid balları dərc olunmayacaq

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, hər il “Abituriyent” jurnalının xüsusi buraxılışında kolleclərin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib. Lakin bu il qəbul imtahanı qaydaları və qiymətləndirmə şkalası (300 bal) əvvəlki illərdən […]

Qəbulda bir ixtisas üzrə eyni bal toplayanlardan hansına üstünlük veriləcək?

Dövlət İmtahan Mərkəzi iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. İmtahan nəticələri artıq dünən saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib. Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351 nəfər müsabiqə şərtini  ödəyərək ixtisaslaşma seçiminə buraxılıb. Rezident olmaq istəyənləri maraqlandıran digər […]

Robotlar Ayın səthindən Yer kürəsini müşahidə edəcək teleskoplar quraşdıracaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Kolorado ştatında Yer kürəsini və bütün qalaktikanı müşahidə edəcək, astronavtlara orbitdə istiqamət verəcək teleskoplar quraşdıra bilən robotlar hazırlayacaq laboratoriya açıb. Mektebgushesi.az xəbər verir ki, bu cür radio-teleskopların Ayın uzaq tərəfində yerləşdirilməsi nəzərdə tutulur. Onların növbəti onillikdə Ayın səthinə çatdırılması və qurulması prosesində NASA ilə yanaşı, özəl şirkətlər də iştirak […]

Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib

Bu il ümumtəhsil müəssisələrində müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri rus bölməsi üzrə sənəd verib. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində bu say 40-dır. M.Vəliyeva rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin […]

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Bu gündən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, müsabiqə şərtini ödəyən namizədlər iyulun 22-dək elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səhifə 5-7) seçib təsdiq etməlidirlər. “Rezidentura” jurnalının 3-cü […]

BDU-da ali təhsil müəssisələrində media ilə işin düzgün təşkilinə dair təlim-konfrans keçirilib

Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: Strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. Mektebgushesi.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə başlayan təlim-konfransın ilk iclası 5 il əvvəl Bakı Dövlət Universitetində keçirilib və ötən müddət ərzində bütün ali təhsil müəssisələrini […]

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan  mərhələsi keçirilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, İmtahanda iştirak edən müəllim namizədlərindən 4 nəfər ən yüksək nəticəni göstərib. Onlar təəssüratlarını AzEdu.az ilə bölüşüblər. Türkan Nəsirova  ADPU  İbtidai təhsil fakültəsini 2016-cı ildə […]

Elçin Babayev: “BDU-da aparılan son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

“Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) aparılan dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”. Mektebgushesi.az xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib. O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: “Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”. Rektor qeyd […]

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir. İyulun 16-sı saat 11:50-yə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 min 169 abituriyentin (Azərbaycan bölməsi üzrə 22 min 521, rus bölməsi üzrə 648) ərizəsi təsdiqlənib. Dövlət […]

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub

Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub. Jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş […]