Mektebgushesi

ADAU -nun yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək

“Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək”. Mektebgushesi.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Universitetin rektoru İbrahim Cəfərov deyib. Onun sözlərinə görə, korpusun tikintisinə dövlət büdcəsindən ötən il 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb. “Ümumilikdə, son 3 ildə universitetin maddi texniki […]

LDU-da H.Əliyevə həsr olunmuş konfrans keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummili lider H.Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi ilə əlaqədar konfrans keçirilib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk növbədə bütün iştirakçıları bu münasibətlə təbrik edərək bildirib ki,Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib.Belə ki,H.Əliyevin 1969-u il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən az sonra respublikada […]

Xalqımızın təhsil mühitinin formalaşmasında “Azərbaycan məktəbi” jurnalının rolu

Elmi-pedaqoji mətbuatımızın yaranması XX əsrin əvvəllərində Azərbaycanda məktəblər üçün hökumət qərarlarını, müəllimlərə istiqamət verə biləcək  pedaqoji, elmi-metodik materialları dərc edən mətbuat orqanı yox idi. İctimai fikrin, maarif və pedaqoji biliklərin geniş yayılmasına olan bu ehtiyacı nəzərə alan o dövrün mütərəqqi fikirli ziyalıları problemin həlli yolunu pedaqoji mətbuatın yaradılmasında görürdülər. Belə bir ideyanı ilk dəfə Nəriman […]

Qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, iyulun 8-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması […]

78 yaşında universitetə sənəd verdi

Özbəkistanın Anqor rayon sakini Mamatqul Berdialiyev ali təhsil almaq məqsədilə Daşkənd Dövlət Aqrar Universitetinin Termez filialına öz sənədlərini təqdim edib. ilk baxışda burada qeyri-adi bir şey görünməsə də, onu digərlərindən fərqləndirən cəhət 78 yaşında olmasıdır. Pensiyaçı üç ixtisasdan birində təhsil almağı arzu edir: “Meyvəçilik və üzümçülük”, “Tərəvəzçilik, bağçılıq və kartofçuluq” və ya “İstixana təsərrüfatının təşkili və aparılması”. […]

Təhsil Nazirliyi xaricdə oxumaq istəyənləri diqqətli olmağa cağırdı

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. Əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən aşağıdakı əsas məqamlara diqqət yetirməyinizi tövsiyə edirik: • […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları “İçərişəhər” də

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları barədə məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın şərq […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin […]

İyulun 14-də rezidenturaya qəbul imtahanı keçiriləcək

İyulun 14-də rezidenturaya qəbul üzrə müsabiqənin ixtisas biliklərinin qiymətləndirilməsi imtahanı – II mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə imtahanda iştirak etmək istəyənlər üçün buraxılış vərəqələrinin çapı davam edir. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında […]

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyənlərin sayı 12 minə catıb

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən   11.856 subbakalavr ərizəsini təsdiq edib. Mektebgushesi.az.az- Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, iyulun 13-ü saat 10:58-ə qədər olan məlumata əsasən, 11.856 subbakalavr ərizəsini təsdiq edib. Xatırladaq ki, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.

Mübariz Örənin ad gününə Amerikadan soydaş təbriki…

Deyir ki,- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində… O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir […]

Müəllim işləmək üçün müraciət edən kişilərin sayı artıb

“Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir. Qısa müddətdə orta məktəblərdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlaşacağını gözləmək isə düzgün olmaz”. Mektebgushesi.az xəbər verir ki, bunu ONA-ya Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, artıq müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artım müşahidə olunur: “Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım […]

Məlahət Mürşüdlü -Altıncı Təqdimat

SEYİD ƏZİM ŞİRVANİ (1835- 1888) şair, maarifçi, publicist. Şamaxıda ruhani ailəsində anadan olub. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıda mədrəsədə orta ruhani təhsili alıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə […]

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq planına – DƏYİŞİKLİK

Azərbaycanda ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planına dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutacaq. Ümumtəhsil […]

İlahiyyat İnstitutuna qəbul planı artırılıb

“2019-2020-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunda qəbul planı artırılır. Ötən tədris ilində İnstituta 60 tələbə qəbul olunub. Növbəti tədris ilində isə 72 tələbənin qəbul olunması nəzərdə tutulur”. Bunu APA-ya açıqlamasında İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib. Rektor qeyd edib ki, İnstitutda bir fakültə üzrə iki ixtisas (İslamşünaslıq və Dinşünaslıq) tədris edilir: “Yeni […]