Mektebgushesi

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər

İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər. Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında […]

Rektor Ceyhun Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, […]

UFAZ ilə “Alstom” və “Schlumberger” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

İyulun 10-da  Fransa Şirkətləri Birliyinin (MEDEF) sədri cənab Geoffroy Roux de Bezieuxin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) rəsmi səfəri çərçivəsində görüş keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, UFAZ-ın direktoru, dosent […]

Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanası açılıb

İyulun 10-da Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi olub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq standartlara cavab verən sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları […]

Kamran Ramazanlı: “Gürcüstanın universitetlərindən alınan diplomlar beynəlxalq səviyyədə tanınır”

Gürcüstanda oxumaq istəyənlərin diqqətinə -“Buradakı universitetlərin diplomları bütün dünyada tanınır” Gənclərimizin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən  biri də Gürcüstandır. Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.  Xarici ali təhsil ixtisaslarının tanınması üçün məzunlar nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə […]

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq

Azərbaycan dili Serbiyanın ən böyük və qədim ali təhsil ocağı olan Belqrad Universitetində tədris olunacaq. Bu barədə Serbiyanın aparıcı mətbu orqanları məlumat yayıb. Həmin məlumatlarda qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti iyunun 17-də Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib. Həmin görüşlərdə Azərbaycan […]

ADPU-nun məzunu müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə edib

Xəbər verildiyi kimi, iyulun 9-da ölkəmizdə fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məzun, koordinasiya və karyera bölməsindən aldığımız məlumata görə, fizika fənni üzrə test imtahanında iştirak edən ADPU-nun məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib. Məlumat üçün onu da […]

Mohammad Babadoost ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi davam edir. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Proqram çərçivəsində ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost yay məktəbi iştirakçılarına mühazirə deyib. M. Babadoost dünyada aqrar təhsil, aqrar təhsilin inkişaf tarixi, ADAU-da təhsilə dövlət dəstəyi, […]

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib. Müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif […]

AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə Akkord şirkəti maliyyə dəstəyi göstərəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar. İnşaat müəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər. Adıçəkilən Avropa universitetləri […]

AzTU və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İyulun 9-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovun rəhbərliyi ilə universitetin bir qrup professor-tələbə heyəti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub. Polis Akademiyası ilə yaxından tanış olduqdan sonra AzTU-nun nümayəndə heyəti akademiyanın müəllim və tələbə heyəti ilə birlikdə Polis Akademiyasının fəaliyyətini əks etdirən videofilmi izləyiblər. Sonra AzTU və Daxili İşlər Nazirliyinin Polis […]

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır

İyulun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə geniş danışıb. Bildirilib […]

Beş ölkənin görkəmli alimləri Azərbaycanda torpaq tədqiqatı aparacaqlar

Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda bu barədə razılıq əldə olunub Qazaxıstanın Almatı şəhərində “Orta Asiyada ətraf mühitin, kənd təsərrüfatında torpaq və su ehtiyatları idarəçiliyinin müasir üsullarla tədqiqi və qiymətləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib. Çin, Rusiya, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan alimlərinin iştirak etdiyi simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, […]

ADNSU-nun magistrantı Qızıl medalla mükafatlandırılıb

İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-qaz-mədən fakültəsinin magistrantı Nail Məmmədovun mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Magistatura bölməsinin dekanı, dosent Əzizağa Qurbanobv, “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli, “Avropa Nəşr Mətbuat Evi”nin əməkdaşı Sahilə Mirzəqızı, universitetin müəllim və tələbə heyəti iştirak edib. […]

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? -FOTOLAR

Azərbaycanın elm və təhsil ocağı, milli mədəniyyət və milli kadr mərkəzi kimi qiymətləndirilən Bakı Dövlət Universiteti öz varlığının 100 illik bayramı ərəfəsini yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu müqəddəs ocaq çox çətin bir zamanda ağır sınaqlardan keçərək öz təşəkkülünü tapdı. Və elə yarandığı gündən millətin qürur mənbəyinə çevrildi. 1919-cu ilin yanvarında Cümhuriyyət qurucularının fəal […]