Mektebgushesi

Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında çıxış ediblər

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar. Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub. Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və […]

Qafqazşünaslıq İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Vyetnam İctimai Elmlər Akademiyasının Rusiya və MDB ölkələri Araşdırmaları Mərkəzinin direktoru, tarix üzrə elmlər doktoru Vu Thuy Trang Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda olub. Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, professor Musa Qasımlı ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının 9 elmi məqaləsi xaricdə dərc olunub

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının 14 elmi məqaləsi dərc olunub. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, məqalələrin 5-i Azərbaycanda, 9-u isə xaricdə nəşr olunub. Hesabat dövründə institut alimlərinin məqalələrinə 172 istinad edilib.

Yaradıcılığı ilə həyatı bir-birini tamamlayan xanım

Bütün ömrü boyu jurnalist işləsə də onu sizə publisist kimi təqdim etmək istəyirəm. Çünki jurnalistika ixtisasdır, məktəbi vardır. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Amma publisistika jurnalistikanın bir qolu sayılsa da daha çox istedadla bağlıdır… Publisistika latın dilindən tərcümədə “ictimai” deməkdir. İctimaiyyət üçün qələmə alınan yazılar isə […]

Latviyanın iki universiteti Avropanın ən yaxşıları sırasına daxil olub

“Times higher education” jurnalı Avropanın ən yaxşı 258 universitetinin daxil olduğu reytinq sıralamasını dərc edib. Mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, Latviyanın iki ali təhsil müəssisəsi ilk dəfə bu siyahıda yer alıb. Belə ki, Riqa Texniki Universiteti və Latviya Universiteti bu reytinqdə 200+ mövqeyində qərarlaşıblar. Reytinqin ilk üçlüyündə müvafiq olaraq Böyük Britaniyanın Oksford və […]

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılır

İyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu olacaq. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə təşkil olunacaq. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test […]

ADAU-da məzunlarla 40 illik yubiley görüşü keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində 1974-1979-cu illərdə Mühəndislik fakültəsini bitirən məzunlarla görüş keçirilib. Universitetin 2 saylı tələbə yataqxanasının zalında keçirilən tədbirdə 60 nəfər məzun 40 il əvvəl bitirdikləri universitetdə görüşüb, xatirələrini bölüşüblər. Universitetdən Mektebgushesi.az verilən məlumaata görə, Tədbiri giriş sözüylə açan Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov məzunları bir arada görməkdən məmnunluğunu […]

Doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Mektebgushesi.az Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də […]

Bu il akkreditasiyadan keçirilən təhsil müəssisələri -Siyahı

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. Həmçinin akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici […]

Diplomlarının tanınması üçün müsahibəyə çağırılanların nəzərinə

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir. Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırlılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək. Buna səbəb 2018-2019-cu tədris […]

MİQ müsabiqəsinə çıxarılan vakant yerlər necə müəyyən edilir?

Cari ilin 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu müsabiqəsi ümumilikdə 4 mərhələdən (elektron […]

Məlahət Mürşüdlü -Beşinci təqdimat:

MİRZƏ ƏBDÜRRƏHİM TALIBOV – (1837 Təbriz -10 mart 1911 Temirxan-Şura) — azərbaycanlı nasir, publisist və maarifçi İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. M.Ə.T alıbov bütün əsərlərini 55 […]

”Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi keçirilib

   Bakı Mühəndislik Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi, həmçinin Asan İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Yeni Fikir VI” startap müsabiqəsinin  final mərhələsi keçirilib.  Universitetdən Mektebgushesi.az -a verilən xəbərə görə, Bakı Biznes Mərkəzində təşkil olunan tədbiri açıq elan edən layihənin rəhbəri İsa Qasımov “Yeni Fikir” layihəsinin tarixi, məqsədi və əvvəlki illərdə keçirilən müsabiqələrin […]

ABŞ alimləri xərçəngə qarşı yeni mübarizə üsulunu kəşf ediblər

ABŞ-ın Oreqon ştatındakı universitetin alimləri xərçəngə qarşı yeni mübarizə üsulunu kəşf ediblər. Alimlər xərçəng hüceyrələrini məhv etmək üçün maqnit nano hissəciklərdən istifadə etmək qərarına gəliblər. Nano hissəciklər xərçəng şişinə yeridilir sonra isə dəyişən maqnit sahəsinin təsirinə məruz qalır. Nəticədə hissəciklər 38 dərəcəyə qədər isinir və xərçəng hüceyrələri məhv olur. Qeyd edilir ki, bəzi xərçəng növlərinə […]