Mektebgushesi

Hidayət Heydərov Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib. Mektebgushesi.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançı ardıcıllıqla Abdulla Hamad (Səudiyyə Ərəbistanı), Əbdülrəhman Məhəmməd (Misir), Lyuk Otman (Fransa) və Marko Qusiçi (Monteneqro) məğlub edib. O, yarımfinalda Tsoqbaatar Tsend-Oçirlə (Monqolustan) qarşılaşacaq. Qeyd edək ki, 81 kq çəkidə çıxış edən Murad Fətiyev ilk görüşdə Cim […]

Kamal Abdulla: “ADU-nu 700 bal toplayanlardansa, “500 -lük” nəticə göstərənlər seçsin”

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında bir-iki nəfərin 700 bal toplaması ilə fəxr etmək olmaz”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru Kamal Abdulladeyib. İmtahanın gedişatı haqqında məlumat verən rektor tələbələr üçün hər bir şəraitin yaradıldığını qeyd edib. O, digər illərlə müqayisədə bu il apellyasiya şikayətlərinin azaldığını […]

“Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçiriləcək

Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Nəsimi və İntibah ideyaları” mövzusunda respublika elmi konfransı keçiriləcək. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, konfransın işi “Nəsimi və müasirləri”, “Nəsimi və bəşəri ideyalar”, “Nəsimi hürufizmi dünya ədəbi-fəlsəfi kontekstində” bölmələri üzrə aparılacaq. Məruzələr sentyabrın 1-dək qəbul edilir. Konfransın təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap olunacaq.

Çinli alimlər Fəlsəfə İnstitutunun tarixi ilə maraqlanıblar

Ölkəmizdə səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (SEA) Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin, SEA-nın Sosiologiya İnstitutunun direktoru Cen Xuanji, həmin müəssisənin əməkdaşı Tian Fenqin və Şanxay Akademiyasının vitse-prezidenti Kebin Zhao AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ilə görüşüblər. Çinli alimlər Fəlsəfə İnstitutunun fəaliyyəti və tarixi ilə maraqlanıblar. Fəlsəfə İnstitutundan […]

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olub. Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də Bakı Dövlət Universitetinin rəsmi facebook səhifəsində canlı yayımlanıb. Elçin Babayev veriliş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 2017-ci il 14 noyabr tarixli […]

Amerikalı gəncin Azərbaycan sevdası

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on səkkiz yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni […]

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir. İyulun 5-i saat 15:15-ə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 22 min 335 abituriyentin (Azərbaycan bölməsi üzrə 21 min 711, rus bölməsi üzrə 624) ərizəsi təsdiqlənib. Dövlət […]

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin diplomu verildi

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə […]

Texniki Universitetin mətbuat katibi işdən ayrıldı

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev işdən çıxıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Nicat Abdullayev özü feysbuk səhifəsindəki hesabında bildirib: “Bu gündən etibarən Azərbaycan Texniki Universitetindəki işimdən ayrıldım. Geridə qoyduğum 3 ildən artıq müddətdə, həm PR, həm də ali təhsil sahəsində biliklərimi artırdım. Texniki yönümlü olmasına rəğmən, AzTU, bu işdə mənim üçün bir […]

ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib

İyulun 5-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib. ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının nəticəsi barədə məlumat verən universitet rəhbəri apelyasiyaya müraciət edən tələbələrin sayında azalmanın müşahidə olunduğu diqqətə çatdırıb. O, imtahanla bağlı statistika barədə də məlumat verib. […]

ADA Universitetinin Məzun Forumu öz işinə başlayıb

İyulun 5-də ADA Universitetində “PWC Azerbaijan” şirkətinin dəstəyi ilə ADA Universitetinin ikigünlük Məzun Forumu öz işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, tədbiri açan Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumun davamlı maarifləndirmə, innovativ yanaşma, şəbəkələşmə və yeni əməkdaşlıq üçün platforma yaratmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, ingilis dilində təhsil verən […]

ADA Universitetində Regional Enerji Təhlükəsizliyi Simpoziumu başa çatıb

ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, BP və SOCAR-ın birgə əməkdaşlığı ilə işə keçirilən birhəftəlik Regional Enerji Təhlükəsizliyi Simpoziumu bu gün başa çatıb. AZƏRTAC xəbər verir ki, simpoziumun sonuncu günündə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və Türkiyə səfiri Erkan Özoral təmsil etdikləri ölkələrin enerji təhlükəsizliyində […]

BDU əlavə təhsili almaq istəyənlər üçün qəbul elan etdi

Bakı Dövlət Universiteti (BDU) 2019/2020-ci tədris ilində bir neçə ixtisas üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edib. Mektebgushesi.az-ın məlumatına görə, Coğrafiya, Kimya, Biologiya, Fizika, Riyaziyyat, İnformatika, Tarix və  Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təhsil almaq istəyənlər sentyabrın 10-dək ali təhsil müəssisəsinə müraciət edə bilərlər. Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla […]

V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarına başlanılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının (V qrup üzrə) birinci mərhələsinə bu gündən start verilib və proses iyulun 12-də yekunlaşacaq.  Mektebgushesi.az xəbər verir ki, V ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 1291 abituriyent AzMİU-ya ərizə verib. Bu […]

AMEA-nın magistrant və doktorantları yataqxanada mənzillə təmin edilib

Ötən ilin noyabr ayından bu günədək AMEA-nın 9 magistrant və 6 doktorantı yataqxanada mənzillə təmin edilib. AMEA-dan mektebgussssshesi.az -a verilən məlumata görə, akademiyanın institutlarının müraciəti əsasında yataqxanaya ehtiyacı olan magistrant və doktorantların siyahısı komissiyaya təqdim edilir. Belə ki, siyahı təqdim olunduqdan sonra bu istiqamətdə işlər görülür və yerləşdirmə aparılır. Qeyd edək ki, mənzillə təmin olunanlar […]