Mektebgushesi

Azərbaycan alimi İtaliyada keçirilən seminarda ölkəmizdə aparılan tədqiqatlar haqqında məlumat verib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova İtaliyada keçirilən “Əmək bazarında peşə bacarıqlarının proqnozlaşdırılmasının, tələb və təklifin uyğunlaşdırılmasının rəqəmsal transformasiyası” mövzusunda 8-ci tematik seminarda iştirak edib. Tədbir Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü platforması çərçivəsində Milan […]

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları beynəlxalq konqresdə

Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının əməkdaşları – Vüqar Nəzərov, Lamiyə Qasımova, Səkinə Hacıyeva və Camal Hacıyev Türkiyənin İstanbul şəhərində 18 ölkənin dəstəyi ilə təşkil olunan V beynəlxalq təhsil və sosial elmlər konqresində iştirak ediblər. Universitetdən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən tədbirdə müxtəlif istiqamətlər üzrə maraqlı və yaddaqalan məruzələr dinlənilib. […]

“Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub

İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı rolundan danışıb. Bildirib ki, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatında tarixi romanın əsas […]

Şahlar Əsgərov : “Millət üçün tələbə bileti dəyər deyil, diplom dəyərdir”

Məlum olduğu kimi, “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır. Layihənin hazırlanması üzrə işçi qrupu yaradılıb. Sentyabrın 15-nə kimi onun ilkin variantının hazırlanıb, parlamentin Elm və təhsil komitənin müzakirəsinə təqdim ediləcəyi gözlənilir. Layihə Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planına daxil edilə həm də plenar iclasa tövsiyə oluna bilər. Mövzu ilə bağlı təhsil eksperti […]

Təhsil naziri: Bu il bir neçə çeşiddə məktəbli forması hazırlanacaq

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, bir neçə çeşiddə məktəbli formasının hazırlanacağını bildirib. Nazir deyib ki, həmin formaların çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcəklər. Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə mediaya açıqlamasında yeni formaların bu mövsümdən tətbiq olunacağına inanmadığını bildirib. Onun fikrincə, 4-5 yeni […]

Almaniyanın Brandenburq Texniki Universiteti AzMİU-da laboratoriya açıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının nəzdində Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə Qaz təchizatı laboratoriyası açılıb. Brandenburq Texniki Universiteti tərəfindən hədiyyə olunan laboratoriyanın açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar və müəllimlər iştirak edib. Açılış mərasiminə qatılan Brandenburq Texniki Universitetinin nümayəndələri Eduard Voelker və Max Weinberq laboratoriyada […]

Yeni kitab: “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları”

AMEA-nın Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Arif Bünyadovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” monoqrafiyası nəşr olunub. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, monoqrafiyada dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır. Kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor […]

Akademik Oqtay Səmədov: “50 il sonra Azərbaycanda AES-ə ehtiyac yarana bilər”

Mektebgushesi.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun APA-ya müsahibəsini təqdim edir: – Oqtay müəllim, Radiasiya Problemləri İnstitutunun işi əsasən hansı sahələri əhatə edir? – İnstitutda əsasən radiasiya materialşünaslığı üzrə elmi işlər aparılır. Bu işlərlə 5 laboratoriya məşğul olur. Həmin laboratoriyalarda bərk cisimlərdə radiasiya və qamma şüalarının təsiri […]

Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb

Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb.   Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, 2018/2019-cu tədris ilinin sonunda 827548 dərslik yararsız hala düşüb. Qeyd olunub ki, dərsliklərin şagirdlərdən geri yığılması hər tədris ilinin sonunda həyata keçirilir: “İstifadəyə yararsız dərsliklərin sayı müəyyənləşdirilir, aktlaşdırılır və onlar tədrisdən çıxarılaraq yeniləri ilə əvəz edilir. Təcrübə […]

Aİİ rektoru Ceyhun Məmmədov: “Öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir.”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri İsmayıllı rayonuna olub. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon […]

Məlahət Mürşüdlü -Dördüncü təqdimat

Mirmöhsün Nəvvab Ağamirzadə Qarabaği (1833-1918) Maarifçi, rəssam, musiqi nəzəriyyəçisi, şair və ədəbiyyatçı. Rus, fars, ərəb dillərini bilirdi. “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şuşada kitabxana və oxu zalının yaradılmasında fəal iştirak etmişdir. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. Alim […]

Xəzər Universitetində yaradılan Hava keyfiyyətinin tədqiqi laboratoriyasının təqdimatı keçirilib

Xəzər Universitetində Hava keyfiyyətinin tədqiqi laboratoriyası təsis edilib. Artıq laboratoriyada Bakı şəhərinin müxtəlif yerlərində havanın keyfiyyəti qiymətləndirilib. Mektebgushesi.az xəbər verir ki, iyulun 3-də Xəzər Universitetində laboratoriyanın təqdimatı keçirilib və alınan ilk nəticələr açıqlanıb. Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, Hamlet İsaxanlı qeyd edib ki, iyunun 1-də […]

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq üçün 7 mindən çox kollec məzununun ərizəsi təsdiqlənib

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 4-ü saat 11:20-yə olan məlumata görə, 7612 subbakalavr qeydiyyatdan keçib. Onlardan 7518 nəfərin ərizəsi təsdiqlənib. Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq ad və paroldan […]

BANM-in builki məzunlarının artıq 80 faizi yerli və transmilli şirkətlərdə işə qəbul olunub

İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. Üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-in rektoru Elmar Qasımov, “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin […]

Misirin Ayn Şəms Universiteti AMEA ilə əməkdaşlığa maraq göstərir

“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Suzan El Kallini ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. Seymur Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət daşıdığını bildirərək, bu sahədə göstərdiyi […]